Oksford koronavirusa qarşı peyvənd icad edib

Alimlər bunu koronavirusa aid genetik məlumatları istehsal etdikləri peyvəndə köçürməklə hazırlayıblar.

Source: google.az


Böyük Britaniya artıq 100 milyon doza peyvənd sifariş verib

Oksford Universiteti tərəfindən hazırlanan koronavirus peyvəndi təhlükəsizdir və immun sistemini müsbət təsir edir, – BBC xəbər verir.

1077 nəfərin iştirak etdiyi testlər zamanı məlum olub ki, injektə edilmiş peyvənd insanların vücudunda koronavirusla mübarizə aparacaq immun proteini və T hüceyrələri yaratmağa kömək edib.

“Aşkar edilmiş peyvənd çox ümidvericidir, lakin peyvəndin koronavirusdan qorunmaq üçün kifayət etdiyini söyləmək çox tezdir və sınaqlar davam edir”, – BBC əlavə edib.

Böyük Britaniya artıq 100 milyon doza peyvənd sifariş edib.

BBC-nin məlumatına görə ChAdOx1 nCoV-19 adlanan peyvənd görünməmiş sürətlə istehsal edilir.

Peyvənd şempanzedə ümumi soyuqdəyməyə səbəb olan virusun genetik dəyişdirilmiş halıdır.

İlk öncə köklü şəkildə dəyişdirilmiş peyvənd insanda infeksiyaya səbəb olmur.

Alimlər bunu koronavirusa aid genetik məlumatları istehsal etdikləri peyvəndə köçürməklə hazırlayıblar.

Bu o deməkdir ki, peyvənd koronavirusa bənzəyir və immunitet sistemi ona necə hücum etməyi öyrənə bilər.

BBC qeyd edib ki, peyvəndin sınaqlar zamanı yan effekti olub. Onu qəbul edənlərin 70 faizində başağrısı və qızdırma yaranıv. Alimlər bu təsirlərin parasetamolla idarə ediləcəyini deyib.

Professor Sarah Gilbert deyib ki, peyvəndin Covid-19 pandemiyasına kömək edib-etməyəcəyini təsdiqləmədən əvvəl hələ görüləsi çox iş var. “Lakin bu erkən nəticələr vəd verir”,- o deyib.

Ana səhifəDünyaOksford koronavirusa qarşı peyvənd icad edib