Ofşorlarda 3 London boyda mülklər alan korrupsionerlər

Korrupsiya sarayları – Əliyevlər, Nazarbayevlər, Bakıyevlər…

Source:
Bakıyev, Nazarbayev, Əliyev
Bakıyev, Nazarbayev, Əliyev
Bakıyev, Nazarbayev, Əliyev
Bakıyev, Nazarbayev, Əliyev


Korrupsiya sarayları – Əliyevlər, Nazarbayevlər, Bakıyevlər…

“The Mail on Sunday” qəzeti gələn həftə Londonda keçiriləcək antikorrupsiya sammitindən yazır. Qəzetin “Korrupsiya sarayları” adlı məqaləsində Londonda və Britaniyada korrupsiyalı pullarla mülkiyyət alan diktatorlara qarşı mübarizənin zəruriliyindən bəhs edilir. Məqalədə deyilir ki, Britaniyanın baş naziri bahalı mülklərin alınmasında alət rolunu oynayan ofşor şirkətlərin yerləşdiyi Britaniya müstəmləkələrini və başqa əraziləri haqq-hesaba çəkməyə borcludur. “Mail on Sunday” Britaniya hökumətini və şəxsən baş nazir David Cameron-u Britaniyanın ofşor zonalarındakı şirkətlərin şəffaflığı məsələsi ilə ciddi məşğul olmadığına görə kəskin tənqid edir.


£18 milyard çirkli pulla mülklər alınıb

Qəzet Transparency İnternational təşkilatının hesabatına istinadən yazır ki, 2004-cü ildə bəri Britaniyada 18 milyon funt sterlinq dəyərində olan mülklərə dair cinayət təhqiqatı aparılıb, halbuki bəzi təxminlərə görə ofşorlar vasitəsilə anonim şəkildə və korrupsiya pulları ilə 18 milyard dollarlıq mülkiyyət alqı-satqısı həyata keçirilib. Qəzet iddia edir ki, bu pullarla Britaniyada ümumi sahəsi üç London şəhərinə bərabər ev və mənzil alınıb. “Mail on Sunday” bildirir ki, Britaniyanın ev alqı-satqısı agentlikləri ev sahiblərinin əsl adlarının açıqlanmasını getdikcə daha çox tələb edirlər. Məqalədə deyilir ki, Global Witness və Oxfam təşkilatlarının bazar günü açıqlanan rəy sorğusunun nəticələrinə görə rəyi soruşulanların 80 faizi cənab Cameron-dan Britaniya müstəmləkələrinin şəffaflığının təminatını tələb edir. Respondentlərin 85 faizi bildirir ki, ofşor şirkətlərin əsl sahiblərinin adları ictimaiyyətə açıqlanmalıdır.

Çirkli pullarla Britaniyada ümumi sahəsi üç London şəhərinə bərabər ev və mənzil alınıb
Çirkli pullarla Britaniyada ümumi sahəsi üç London şəhərinə bərabər ev və mənzil alınıb


Nazarbayevlər, Əliyevlər, Bakıyevlər…

“Mail on Sunday” qəzetinin məqaləsində Azərbaycan prezidenti İlham Əliyevin, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin, keçmiş Qırğızıstan prezidenti Bakıyevin ailə üzvlərinin Britaniyada ofşorlar vasitəsilə alındığı iddia olunan mülklərindən də söz açılır. “The Guardian” qəzeti isə yazır ki, sözü gedən sammitin ərəfəsində açıqlanmış hesabatda Britaniyanın xaricdəki ərazilərinin çirkli pulların qlobal dövriyyəsində oynadığı mərkəzi roldan söhbət gedir. Hesabatda deyilir ki, 1999-2014-cü illər arasında Londonda ofşor şirkətlər vasitəsilə satılmış mülklərin dörddə üçünün sahibliyi anonim saxlanılıb. Ofşor şirkətlərin anonim qaydada aldığı mülklərin orta dəyəri 5, 6 milyon funt sterlinq olub. Bu, İngiltərə və Uelsin mənzil bazarındakı qiymətdən 33 dəfə yüksəkdir. Bu, ümumilikdə Bitaniyada ev qiymətlərini kəskin artırıb. Hazırda Londonda bir mənzilin orta qiyməti 500 min funt sterlinqdir.


Ofşorlar müqavimət göstərir

Lakin Britaniyanın Virgin, Kayman və Cersi adaları sözü gedən sammitə qatılmayacaq. Bundan başqa bu ofşor ərazilər ofşor şirkətlərin əsl sahiblərinin adlarının açıqlanmasını tələb edən heç bir sənədi imzalamayacaqlarını bildiriblər. “The Guardian” yazır ki, Rusiya bu sammitə sayğısızlıq edərək toplantıya yalnız xarici işlər nazirinin müavini Oleq Sıromolotovu göndərir. Rusiyanın Xarici İşlər Nazirliyi sammitdə qəbul olunacaq hər hansı qərarları icbari hesab etməyəcəyini indidən bildirib. Lakin Britaniyanın baş naziri Cameron sammitdən əvvəl etdiyi çıxşında deyib ki, “korrupsiyaya qarşı döyüşdə bir günün içərisində qalib gəlmək mümkün deyil”. Baş nazirin sözlərinə görə bu iş üçün vaxt, cəsarət və qətiyyət lazım olacaq. “Bu məsələ barədə tədbir görülməsi çox uzun müddətdə tabu sayılıb. Bu sammit bu yanaşmanı dəyişdirəcək” – deyib David Cameron.


Mənbə: BBC Azərbaycanca

Ana səhifəXəbərlərOfşorlarda 3 London boyda mülklər alan korrupsionerlər