Obama xəbərdarlıq edir

“Cənab Putin mənim bu haqda nə düşündüyümü yaxşı bilir”

Source:
Putin və Obama
Putin və Obama


“Cənab Putin mənim bu haqda nə düşündüyümü yaxşı bilir”

Birləşmiş Ştatlar Rusiyanın ABŞ-da prezident seçkilərinə müdaxiləsinin cavabını verəcək.

Bunu ABŞ prezidenti Barack Obama dekabrın 15-də Milli İctimai Radioya (NPR) müsahibəsində deyib.

Ağ ev seçkilərə müdaxilə haqda artıq tam əminliklə danışır. ABŞ rəsmiləri bu barədə göstərişin birbaşa Rusiya prezidenti Vladimir Putin-dən gəldiyini söyləyirlər. Deyilənə görə, bilgilər hakerlərin məhz Donald Trump-ın qələbəsini təmin etmək istiqamətində çalışdığını göstərir. “Hansısa xarici dövlət bizdə seçkilərin gedişinə təsir göstərməyə çalışırsa… buna, şübhəsiz, cavab verilməlidir və biz bunu edəcəyik. Bizim seçdiyimiz vaxtda, bizim seçdiyimiz yerdə. Bu addımların bəziləri açıqlana, bəziləri ictimaiyyətdən saxlana bilər… Cənab Putin mənim bu haqda nə düşündüyümü yaxşı bilir, çünki mən birbaşa onun özü ilə danışmışam”. B.Obama NPR-a belə deyib.

V.Putin ittihamları rədd etsə də, ABŞ rəsmiləri seçkilərə müdaxilə kimi ciddi məsələnin prezidentsiz gerçəkləşdirilməsinə şübhə edirlər.

Ana səhifəXəbərlərObama xəbərdarlıq edir