Nurəddin Xoca: Mənim Elmar Vəliyev, Etibar Pirverdiyevlə nə düşmənçiliyim ola bilər?

Yazılardan sarsıntı keçirən şahid məhkəmədə şahidin andını oxuya bilməyib

Source:
Nurəddin Xoca
Nurəddin Xoca

Yazılardan sarsıntı keçirən şahid məhkəmədə şahidin andını oxuya bilməyib

Qarabağ müharibəsi iştirakçısı, “Bozqurd” batalyonunun komandiri Nurəddin İsmayılov (Nurəddin Xoca) dövlət əleyhinə çağırışlar ittihamıyla məhkəmə qarşısına çıxarılıb. O, baş redaktoru olduğu “teref.info” saytında 2018-ci ilin iyulunda dərc olunmuş iki yazıya görə ittiham olunur.

Fevralın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. Məlum olub ki, saytda Mingəçevir SES-da baş vermiş qəza və Gəncə şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin güllələnməsi haqda iki yazıya görə N.Xocaya dövlət əleyhinə çağırışlar, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı ittihamları irəli sürülüb.

İttihama münasibət bildirən N.Xoca özünü təqsirli bilməyib. O bildirib ki, rəhbərlik etdiyi saytdakı materialların heç birində dövlətə qarşı çağırış yoxdur. N.Xoca Gəncə hadisələri və Mingəçevir SES-dəki partlayışla bağlı məlumatların əksəriyyətinin başqa saytlardan götürüldüyünü vurğulayıb: “Etibar Priverdiyevlə bağlı yazını mən istinadla vermişəm. Öz məlumatım olsaydı, dəqiqləşdirib yayardım. İstinad olunan materiala görə mən məsuliyyət daşımıram. Bu məlumatları da yaymaqda məqsədim insanların korrupsioner məmurları tanıması olub. Yoxsa mənim Etibar Priverdiyevlə, Elmar Vəliyevlə nə düşmənçiliyim ola bilər?”

Daha sonra şahidlər dindirilib – Ülfan Dadaşov və həyat yoldaşı Rəhilə Məmmədova. Onlar iddia ediblər ki, “teref.info” saytındakı yazılardan təşviş keçiriblər, ona görə də prokurorluğa müraciət ediblər: “Evdə oturmuşduq, “teref.info” saytında işıqların sönməsi və Gəncə hadisələri ilə bağlı yalan məlumatların yer aldığını gördük. Ona görə yoldaşımla Bakı Şəhər Prokurorluğuna gəlib şikayət elədik”.

Saytdakı yazıları oxuyub sarsıntı keçirdiyini iddia edən Ü.Dadaşov məhkəmədə şahidin andı mətnini oxuya bilməyib. O, vəkilin suallarını cavablandırarkən heç nəyi oxuduğunu, nədən sarsıldığını da izah edə bilməyib.

Məhkəmə prosesi fevralın 18-nə qədər təxirə salınıb.

Ana səhifəXəbərlərNurəddin Xoca: Mənim Elmar Vəliyev, Etibar Pirverdiyevlə nə düşmənçiliyim ola bilər?