Tərəflər fevralın 14-dən etibarən atəşin dayandırılması və ağır silahların təmas xəttindən geri çəkilməsi barədə razılığa gəlib
“Normandiya dördlüyü” – Ukrayna, Rusiya, Fransa və Almaniya rəhbərlərinin Belarusun paytaxtı Minsk şəhərində Donbass probleminin həlli üzrə yarım sutkadan çox davam edən danışıqları başa çatıb.
APA
-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, görüşün yekunları ilə bağlı Ukrayna prezidenti
Pyotr Poroşenko
, Rusiya prezidenti
Vladimir Putin
, Fransa prezidenti
Fransua Olland
və Almaniya kansleri
Angela Merkel
tərəfindən rəsmi sənədin imzalanması gözlənilir.
Razılaşdırılmış sənədin Donetsk və Luqansk separatçılarının da təmsil olunduğu təmas qrupuna verildiyi bildirilir. Onların da sənədə imza atması nəzərdə tutulub.
“Kommersant” qəzetinin xəbərinə görə, tərəflər fevralın 14-dən etibarən atəşin dayandırılması və ağır silahların təmas xəttindən geri çəkilməsi barədə razılığa gəlib.