Ancaq SOCAR-ın AzMeCo-ya qazı hansı qiymətə satacağı barədə məlumat yoxdur
Mayın 8-də Müşahidə Şürasının sədri Nizami Piriyev həbs ediləndən sonra fəaliyyətini dayandıran Metanol Zavodu istehsalı iyunun əvvəlində bərpa edəcək.
Bu barədə AzMeCo məlumat yayıb.
Piriyev mayın 28-də məhkəmənin qərarı ilə azad edilib. “Metanol Zavodunun tikintisi və fəaliyyət göstərməsi ilə bağlı Azərbaycan Beynəlxalq Bankından götürdüyüm kredit vəsaitlərinin bir hissəsini istintaq dövründə ödəmişəm, eləcə də kredit borclarımın digər hissəsinin ödənilməsi ilə bağlı Azərbaycan Beynəlxalq Bankı ilə razılıq əldə etmişəm”, – deyə Piriyev bildirir. Amma məbləğ barədə məlumat verilmir.
Ancaq SOCAR-ın AzMeCo-ya qazı hansı qiymətə satacağı barədə məlumat yoxdur.
Illik istehsal gücü 720 min ton olan zavodun tikintisi (2009-2013-cü illər) AzMeCo-ya $450 mln-a başa gəlib. Bunun $150 mln-ı Avropa Yenidənqurma və İnkişaf bankı $300 mln-u Azərbaycan Beynəlxalq Bankı ayırıb.
Dövlətstatkomun məlumatına görə, bu ilin 4 ayında Azərbaycanda 44,9 min ton methanol (metal spirti) istehsal edilib. I rübdə bəyannamə qiyməti $7 mln 526,4 28 min olan 35,7 min ton məhsul ixrac edilib.