Mənbə: Meydan tv

"Niyə prezidentin dediyinə əməl etmirlər?"

Məqalə yeniləndi:  23 İyul 2021

"Niyə prezidentin dediyinə əməl etmirlər?"

İyulun 23-də “Akkord” şirkətinin işçiləri “Akkord Plaza”da etiraz ediblər.

İşçilərin etirazına səbəb ezam pullarının və maaşlarının verilməməsidir.

Şikayətçilər deyir ki, heç bir səbəb göstərilmədən onların iş müqaviləsinə xitam verilib.

Etiraz edən işçilər arasında “Akkord”un Şəmkir, Qazax, Özbəkistan və Qazaxıstan layihələrində çalışanlar var.

Onlar deyir ki, pulu verilmədiyi üçün ölkəsinə qayıda bilməyən iş yoldaşları hələ də Qazaxıstanda qalıb.

Şirkət isə işçilərə açıqlamasında hesabda pulun olmadığını bildirir.

Şikayətçilər məhkəməyə müraciət etsələr də, nəticəsi olmayıb.

Aksiya ərzində şirkətdən hansısa səlahiyyətli nümayəndə gəlməyib.

Etirazın sonunda Nərimanov Rayon Polis Şöbəsinin rəis müavini gəlib işçilərlə görüşərək məsələyə baxılacağını bildirib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  23 İyul 2021
Bölmələr:  
qısa linklər:   http://mtv.re/il5wrs

Ən çox baxılan