NİDA-çı Ömər Məmmədovdan təbrik məktubu

Doğum günün mübarək, Mikayıl

Source:

Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 5 il azadıqdan məhrum edilən NİDA Vətəndaş Hərəkatının üzvü, blogger Ömər Məmmədov doğum günü olan qardaşını və hüquq müdafiəçisi Rəsul Cəfərovu təbrik edib. Təbrik məktubunu sizə təqdim edirik:


Əzizim, Mikayıl! Bu gün sənin doğum günündür. Artıq 10 yaşın tamam olur. Əfsuslar olsun ki, bu gün sənin yanında ola bilməyəcəyəm. Çox istərdim ki, bu gün sənin yanında olum, birlikdə kitab oxuyaq, dərslərini edək. Hal hazırki vəziyyət həbsdə olmağımı tələb edir. Ümidvaram, gələcəkdə buna görə məni qınamayacaqsan. İgidim! Səni doğum günün münasibətilə təbrik edirəm. Tək istəyim, vətənə, millətə layiqli bir övlad olmağındır. Əminəm ki, elə belə də olacaqsan. Çünki məni yetişdirən valideynlər səni də elə yetişdirəcək. Hər zaman başıdik dur, heç kimə boyun əymə. Bu gün həmçinin siyasi məhbus Rəsul Cəfərovun da ad günüdür. Fürsətdən istifadə edib, Rəsulu da təbrik edirəm. Azadlıqda görüşənədək!

Xatırladaq ki, Ömər Məmmədov 2014-cü il yanvarın 24-də həbs olunub. İstintaqın məlumatına görə, onun üstündən 6 qram heroin götürülüb. Müdafiəçiləri isə Ömər Məmmədovun ictimai-siyasi fəaliyyətinə görə tutulduğunu bildirir.

Ana səhifəXəbərlərNİDA-çı Ömər Məmmədovdan təbrik məktubu