Bakı Ağır Cinayətlə Məhkəməsinin hökmü qüvvədə qalıb
Aprelin 7-də Ali Məhkəmədə Azadxeber.org saytının baş redaktoru Nicat Əliyevin kassasiya şikayətinə baxılıb və təmin edilməyib. Bu barədə məlumatı onun vəkili Yalçın İmanov öz Facebook səhifəsində yayıb.
Nicat Əliyevin CM-nin 167-2.2.1, 234.1, 281.2 və 283.2.3-cü maddələri ilə məhkum edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin 9 dekabr 2013-cü il tarixli hökmü ilə Nicat və daha 9 nəfər məhkum edilib, Nicat Əliyev 10 il müddətinə azadlıqdan məhrum edilib. Həmin hökmdən verilmiş apellyasiya şikayəti təmin edilməyib.
Nicat Əliyev beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus kimi tanınır.