Nəvaz Şərifin Azərbaycana status-kvo səfəri

Ölkəsi və özü müstəqilliyi yüksək qiymətləndirən baş nazir bilmirdi ki, Azərbaycanda prezidentin sərəncamı ilə Müstəqillik Bayramının əhəmiyyəti adi iş gününə qədər kiçildilib və elə böyük əhəmiyyət kəsb etmir

Source:
foto Turan İA
foto Turan İA
foto Turan İA
foto Turan İA


Ölkəsi və özü müstəqilliyi yüksək qiymətləndirən baş nazir bilmirdi ki, Azərbaycanda prezidentin sərəncamı ilə Müstəqillik Bayramının əhəmiyyəti adi iş gününə qədər kiçildilib və elə böyük əhəmiyyət kəsb etmir

Nəvaz Şərifin Azərbaycana səfəri Azərbaycan-Pakistan münasibətlərinə heç bir yenilik gətirmədi, baxmayaraq ki, bəzi real razılaşmalar olacağı və ilk növbədə, müdafiə sənayesi naziri Yavər Camalovun anons etdiyi silah alışı sahəsində razılaşma əldə ediləcəyi gözlənilirdi.

Yerevanda paradda “İsgəndər” əməliyyat-taktiki raketlərinin nümayişindən sonra rəsmi Bakı xaricdən, xüsusən Pakistandan bu rus silahlarının analoqlarını almağa hazır olduğu haqqında bir neçə səs-səda doğuran bəyanat verdi. Amma Bakıda Pakistan silahlarının alınması haqqında heç bir saziş imzalanmadı, baxmayaraq ki, prezident İlham Əliyev baş nazir Şərifi qəbul edərkən iki ölkə arasında müdafiə sahəsində gələcək əməkdaşlıq haqqında danışıb.

Bir neçə səbəbdən Azərbaycanın hazırki mərhələdə Pakistandan silah alacağı ehtimalı kiçikdir. Birincisi, bu cür bəyanatlar ötən illərdə də səslənib, iş bundan o tərəfə keçməyib. İkincisi, Palistan köhnə model silahları və əsasən, nou-xau olmayan çin texnologiyaları ilə istehsal edir. Belə olan halda Bakının, həqiqətən silah almaqda maraqlıdırsa, təkliflə Çin silah bazarına çıxması daha asandır. Üçüncüsü, iqtisadi böhran və müdafiə xərclərinin üç dəfə azalması şəraiti silah alınması üçün o qədər də münasib zaman deyil. Dördüncüsün, Azərbaycan müntəzəm olaraq bu qərarları zorla qəbul etdirən Rusiyadan, həmçinin qismən İsrail və Türkiyədən silah almağa məhkumdur

Azərbaycan-Pakistan münasibətlərinin tarixindən göründüyü kimi, bu münasibətlər əsasən beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı maraq doğuran məsələlər üzrə əməkdaşlığa yönəlib. Tərəflərin nizamlanmamış münaqişələrdə – Kəşmir və Qarabağ münaqişələrində bir-birini dəstəkləməsi bu məsələlərə aiddir. Hər iki tərəf münaqişələrin BMT-nin qətnamələri əsasında həllində israr edir. BMT-nin Kəşmirlə bağlı qətnamələri əhalisinin 70%-dən çoxu müsəlman olan Kəşmirdə plebisit keçirilməsini, Qarabağ üzrə qətnamələri isə məsələnin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini nəzərdə tutur. Həmçinin beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində və təhlükəsizlik və xarici siyasət sahəsində digər məsələlər üzrə qarşılıqlı əməkdaşlıq var.

1991-ci ildə diplomatik münasibətlərin qurulduğu ilk andan etibarən rəsmi bəyanatlara baxmayaraq, ki, Pakistan Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanıyan ikinci dövlət olub, tərəflər iqtisadi, ticari və digər mühüm sahələrdəki əlaqələrdə bir addım da irəliləməyib. Son illər iki ölkə arasında ticarət dövriyyəsi 3 mln. dollar səviyyəsindədir və strateji tərəfdaşlıq və dostluq haqqında siyasi bəyanatlarla heç cür bir araya sığmır.

İkitərəfli münasibətlərdə status-kvonu vurğulamaq məqsədilə baş tutan səfərin protokol xarakterli olduğunu səfər zamanı heç bir ikitərəfli sənədin imzalanmaması faktı da göstərir.

Bu səfərdə diqqət çəkən yeganə anlaşılmaz fakt kimi geniş tərkibli görüşdə Nəvaz Şərifin işlətdiyi ifadəni göstərmək olar: “İlk növbədə icazə verin, Sizə və Azərbaycan xalqına 18 Oktyabr – Milli bayramınız münasibətilə ən xoş diləklərimi çatdırım”. Ölkəsi və özü müstəqilliyi yüksək qiymətləndirən baş nazir bilmirdi ki, Azərbaycanda prezidentin sərəncamı ilə Müstəqillik Bayramının əhəmiyyəti adi iş gününə qədər kiçildilib və elə böyük əhəmiyyət kəsb etmir. Çox güman ki, ikitərəfli münasibətlərdə baxışların və dəyərlərin bir-birindən fərqləndiyi məsələlərdən biri elə budur.

Ana səhifəAnalitikaNəvaz Şərifin Azərbaycana status-kvo səfəri