Nərgiz Yaqublu dəfn olundu

Mərhum Nərgizin dostları, gənclər təşkilatlarındakı yoldaşları onun üçün transparant hazırlayıblar: “Sən bizim solmayan gülümüz, NƏRGİZİMİZSƏN”

Source:


Mərhum Nərgizin dostları, gənclər təşkilatlarındakı yoldaşları onun üçün transparant hazırlayıblar: “Sən bizim solmayan gülümüz, NƏRGİZİMİZSƏN”

 Müsavat başqanının müavini Tofiq Yaqublunun qızı Nərgiz Yaqublu aprelin 25-i saat 13 radələrində son mənzilə yola salınıb.

Meydan TV-in dəfn mərasimini izləyən əməkdaşının məlumatına görə, Nərgiz Yaqublunu son mənzilə yola salan izdiham Tofiq Yaqublunun Qaraçuxur qəsəbəsindəki evindən qəbristanlığa yola düşüb. Dəfndə ictimai xadimlər, partiya sədrləri, gənc fəallar, jurnalistlər iştirak edib.

Mərhum Nərgizin dostları, gənclər təşkilatlarındakı yoldaşları onun üçün transparant hazırlayıblar: “Sən bizim solmayan gülümüz, NƏRGİZİMİZSƏN”.

Nərgiz Yaqublu iki gün öncə Rusiyanın Tomsk şəhərində müalicə olunduğu xəstəxanada ağır xəstəlik üzündən vəfat edib. Onun cənazəsi aprelin 24-ü axşam saatlarında Bakıya, atası evinə gətirilib.

Ana səhifəXəbərlərNərgiz Yaqublu dəfn olundu