”Nərgiz mükafatı” Nida üzvünə verildi (VİDEO)

Gəncliyini aksiyalarda, daha sonra jurnalist işləməklə keçirdi. Bir neçə dəfə həbs olundu, amma etiraz aksiyalarına qatılmaqdan imtina etmədi.   Gənckən, ana olmağa hazırlaşdığı vaxt vəfat etdi.

Vəfatından sonra Nərgiz Yaqublunun dostları onun adına mükafat təsis etdilər. Onun kimi fəal gənclər, jurnalistlər, ictimai-siyasi təşkilatlar bu mükafatla təltif olunacaqlar. Nərgiz Yaqublu mükafatının təqdim olunma mərasimində onun xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirə gələnlər göz yaşı içində andılar Nərgizi. Bu gün həm də onun ad günü idi, 26 yaşı tamam olacaqdı.

Tədbirdə siyasi məhbus Seymur Həzinin Nərgiz Yaqublunun dilindən körpəsinə yazdığı məqaləsi oxunub.

Komissiya gizli səsvermə ilə NİDA üzvü İlkin Rüstəmzadəni “Nərgiz mükafatı” ilə təltif edib.

Mükafatla təltif olunan İlkin Rüstəmzadə NİDA Vətəndaş Hərəkatının üzvüdür. O, 2013-cü ildə həbs edilib. Beynəlxalq Amnistiya Təşkilatı gənc fəalı “vicdan məhbusu” elan edib.

Ana səhifəVideo”Nərgiz mükafatı” Nida üzvünə verildi (VİDEO)