Nemət Əliyev: Son üç ayda büdcə gəlirləri 45 faiz azalıb

”Büdcə gəlirləri üzrə iyul ayının payına düşən öhdəlik və vəzifələr 38 faiz kəsirlə icra olunub”

Source:


”Büdcə gəlirləri üzrə iyul ayının payına düşən öhdəlik və vəzifələr 38 faiz kəsirlə icra olunub”

“Dövlət büdcəsi üzrə öhdəlik və vəzifələrin iyulda 38%-i, son 3 ayda 45%-i yerinə yetirilməyib”.

Bu açıqlamanı “facebook” səhifəsində iqtisadçı Nemət Əliyev yazıb.

O, iyul ayında dövlət büdcəsinə cəmi 874 mln manat vəsaitin daxil olduğunu qeyd edərək bildirib ki, büdcə qanunu ilə təsdiq olunmuş proqnoz göstəricilərinə görə, bu məbləğ 1,4 mlrd manat olmalı idi: “Deməli, büdcə gəlirləri üzrə iyul ayının payına düşən öhdəlik və vəzifələr 38 faiz kəsirlə icra olunub. May-iyun-iyul aylarında büdcəyə 4.2 milyard manata qarşı cəmi 2.3 milyard manat cəlb etmək mümkün olub. Odur ki, son üç ayda büdcə gəlirləri 1.9 milyard və ya 45% azalıb. Əgər ötən 7 ayda dövlət büdcəsinə 9.8 milyard vəsait daxil olmalıydısa, faktiki olaraq, 7 milyard daxil olub. Bu hesabla, dövlət büdcəsinin 7 aylıq gəlirləri üzrə 2.8 milyard manatlıq və ya 29% kəsir yaranıb”, – deyə Əliyev bildirib.

İqtisadçı göstərdiyi dövrdə büdcə xərcləmələri sahəsində də vəziyyətin ağırlaşdığını diqqətə çatdırıb: “Əgər yanvar-iyul aylarında büdcədən 10.8 milyard manat xərclənməliydisə, faktiki olaraq 8.2 milyard xərclənib. Bu hesabla, büdcə xərclərinin 2.6 milyardlıq hissəsi və ya 24%-i yerinə yetirilməyib. Bununla belə 7 aylıq xərclər gəlirləri 1.2 milyard üstələyib. Odur ki, büdcə kəsirinin ümumi daxili məhsulda payı 3.7%-ə yüksəlib. Halbuki, büdcə qanunu ilə bu pay 2.9% və ya illik 1.7 milyard manat təsdiq olunub”.

“Dövlət büdcəsi üzrə öhdəlik və vəzifələrin iyulda 38%-i, son 3 ayda 45%-i yerinə yetirilməyib”, – deyə N.Əliyev bildirib.

Ana səhifəAnalitikaNemət Əliyev: Son üç ayda büdcə gəlirləri 45 faiz azalıb