WTI markalı neftin bareli 53,78 dollara satılıb
London və Nyu-York birjalarında neft ucuzlaşıb.
London birjasında Brend markalı neft 0,12 faiz ucuzlaşaraq 56,63 dollar olub.
WTI markalı neftin bareli isə Nyu-York birjasında 0,15 faiz ucuzlaşaraq 53,78 dollara satılıb.
Neft istehsal edən ölkələrin birləşdiyi OPEC təşkilatı yanvarda gündəlik hasilatı 1 milyon barel azaldaraq 32,06 edib. Səudiyyə Ərəbistanı da daxil olmaqla bir sıra ölkələr hasilatı tələb olunandan da çox azaldıblar.