Oyun Bakı klubunun məğlubiyyəti ilə bitib
Avqustun 10-da UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunları keçirilib. “Neftçi” klubu da bu mərhələdə ilk oyununa çıxıb.
Bakı təmsilçisi Türkiyənin “Beşiktaş” komandası ilə qarşılaşıb. “Neftçi Arena”da keçirilən oyunun start fiti saat 21:00-da verilib.
“Beşiktaş”la ilk görüş “ağ-qaralar”ın məğlubiyyəti ilə başa çatıb. İstanbul təmsilçisi “Neftçi” üzərində 3:1 hesablı qələbəyə sevinib.
“Neftçi” Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Bosniya və Herseqovinanın “Jelezniçar” komandasını mübarizədən kənarlaşdırmışdı.
Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunları avqustun 17-də keçiriləcək.