Neftçi dəniz platformasından yıxılaraq həlak olub

Maşinist Məmmədov Ağaməlik təhlükəsizlik qaydalarını pozub və…

Source:


Maşinist Məmmədov Ağaməlik təhlükəsizlik qaydalarını pozub və…

Gəmidən dəniz platformasına gəmiyə minib-düşmə zamanı təhlükəsizlik qaydalarını pozduğuna görə SOCAR əməkdaşı Ağaməlik Məmmədov həlak olub. Bu barədə şirkətin məlumatında bildirilir.

Mənbənin məlumatına görə, hadisə çərşənbə günü saat 18:10-da baş verib.

“1956-cı il təvəllüdlü maşinist Məmmədov Ağaməlik təhlükəsizlik qaydalarını pozub və PSK-39 gəmisinin lövbər salmasını gözləmədən 720 nömrəli platformaya enməyə çalışıb, lakin dənizə düşüb və xəsarət alıb.

“Yoldaşları tərəfindən dərhal sudan çıxarılmasına baxmayaraq o, aldığı xəsarətdən gəmidə ölüb. Ağaməlik Məmmədovun meyiti tibbi ekspertizadan keçirildikdən sonra qohumlarına təhvil verilib”, deyə məlumatda qeyd edilir.

Ana səhifəXəbərlərNeftçi dəniz platformasından yıxılaraq həlak olub