Neft və qaz hasilatı azalıb

SOCAR hesabat yaydı

Source:
Neft quyusu
Neft quyusu


SOCAR hesabat yaydı

Bu ilin 9 ayı ərzində SOCAR 5 mln. 579,3 min ton neft hasil edilib. Bu, 2016-cı ilin analoji dövrü ilə müqayisədə 1,7% azdır.

Məlumatı “APA-Economics” SOCAR-ın açıqladığı statistikaya istinadən yayıb.

Statistikaya görə, ötən ay SOCAR 615,8 min ton neft hasil edib.

Ümumilikdə, yanvar-sentyabr ayları ərzində ölkədə 28 mln. 820,8 min ton neft hasil edilib ki, bu da ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 7,9% azalmadan xəbər verir. Ötən ay Azərbaycan üzrə hasilat 3 mln. 219,6 min ton təşkil edib.

Qaz hasilatında da azalma var. Belə ki, ötən 9 ay ərzində SOCAR tərəfindən 4 mlrd. 457,8 mln. kubmetr qaz hasil edilib. Bu isə 2016-cı ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz azdır. Sentyabrda 498,7 mln. kubmetr qaz hasil olunub.

Ümumilikdə, 2017-ci ilin ilk 9 ayı ərzində Azərbaycanda 21 mlrd. 118,1 mln. kubmetr qaz hasil edilib ki, bu da ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 5,3% azalmadan xəbər verir. Ötən ay Azərbaycan üzrə qaz hasilatı 2,414 mlrd. kubmetr olub.

Dövlət Statistika Komitəsi isə hesabatında göstərir ki, 2017-ci ilin yanvar-avqust aylarında Azərbaycanda neft hasilatı (qaz kondensatı da daxil olmaqla) 25 mln. 572,7 min ton təşkil edib ki, bu da 2016-cı ilin analoji dövrünün göstəricisindən 9,3% azdır.

“Yanvar-avqust aylarında respublikada 25 mln. 538,5 min ton əmtəə nefti (azalma 9,3%) hasil olunub.

Hesabat dövründə 18 mlrd. 769,1 mln. kubmetr qaz (azalma 6,4%) hasil olunub, əmtəə qazının hasilat həcmi isə 12 mlrd. 59,4 mln. kubmetr (azalma 4,1%) təşkil edib.

2016-cı ildə Azərbaycanda qaz kondensatı da daxil olmaqla, neft hasilatı 41 mln. 29,5 min ton, qaz hasilatı 29 mlrd. 331,3 mln. kubmetr təşkil etmişdi” – Dövlət Statistika Komitəsinin məlumatında deyilirdi.

Energetika Nazirliyi 2017-ci ildə Azərbaycanda neft hasilatını 40 mln. ton, qaz hasilatını 29 mlrd. 561 mln. kubmetr səviyyəsində proqnozlaşdırır.

Ana səhifəXəbərlərNeft və qaz hasilatı azalıb