”Neft-qaz satışından neft fondunun gəlirləri 1 milyard dollardan çox olacaq”

”Neft gəlirləri birbaşa məhsul istehsal edən sektorlara yönəldilməlidir”

Source:


”Neft gəlirləri birbaşa məhsul istehsal edən sektorlara yönəldilməlidir”

Ötən həftə neftin qiymətinin 63-64 dollar səviyyəsinə çatması ilə yadda qaldı. 2015-ci ilin iyulun 2-dən etibarən ilk dəfə olaraq neftin qiyməti 62 dolları ötdü.

2017-ci il büdcəsində neftin qiyməti ixrac qiyməti bir barrel üçün 40 dollardan götürülsə də, 2018-ci ilin Dövlət büdcəsi layihəsində qiymət 45 dollar səviyyəsində göstərilib.

Buna ilk təpki Milli Məclisin YAP-çı deputatı Siyavuş Novruzovdan gəldi.

O,

bildirmişdi ki,

2018-ci ilin dövlət büdcəsində neftin qiymətinin daha az götürülməsi məqsədəuyğundur:

“Neftdən gələn pul Dövlət Neft Fonduna yığılmalıdır. Neftin qiymətini büdcədə niyə artırırıq? İqtisadiyyat Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyindən də deyirlər ki, inkişaf var. Bu sahədə gəlirlər varsa, neftin qiymətini büdcədə niyə artrırırıq? Əksinə, aşağı salmaqla o sahələri daha çox inkişaf etdirə bilərik. Bilmirik ki, siyasi münasibətlər necə olacaq və neftin qiyməti necə dəyişəcək”.

Büdcədə qiymətin 45 dollardan götürülməsi bir sıra sullar yaratdı. Bunlardan birincisi neftin qiyməti ilə artan gəlirlərin hökumətin effektiv istifadə edə biləcəyi və ya əvvəlki illərdə olduğu kimi korrupsiya yeminə çevriləcəyi ilə bağlıdır.



Qiymət artımından konkret olaraq büdcə nə qədər qazanır?

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban neftin qiymətinin cari ayın əvvəlindən ötən ayla müqayisədə artmasına iki amilin rəvac verdiyini hesab edir:

“Birinci amil siyasidir – Səudiyyə Ərəbistanında baş verən hadisələrin dünya neft bazarına təsirləridir. İkinci, noyabrda OPEC-in növbəti toplantısı gözlənilir. Toplantıda 2018-ci ilin I rübündən sonra yenidən hasilatın indiki səviyyədə saxlanılması və ya daha da azaldılması ilə bağlı bazara pozitiv fikirlər sızdırılır. Bu fikirlərin başında da yenə Səudiyyə Ərəbistanı və qeyri-OPEC ölkəsi Rusiya dayanır”.

Onun fikrincə, hasilatın enməsi bazarda qiymətin artmasına təsir edən amildir. Neftin qiymətinin yüksək səviyyədə saxlanılmasına rəvac verən başqa amil odur ki, Səudiyyə Ərəbistanının şirkəti olan və dünyanın beşdə bir neftini hasil edən “Səudi Aramco” dekabrda hasilatın 120 min barrel azaldılması ilə bağlı rəsmən bəyanat yayıb.

İlham Şaban

Ekspert bildirib ki, neftin qiymətinin büdcədə nə qədər götürülməsi insanlar üçün mənzərəni tam əks etdirmir. Çünki faktiki olaraq SOCAR-ın və podratçı şirkətlərin vergiləri artıma doğru gedir.

“Bunu ən yaxşı halda Dövlət Neft Fonduna (DNF) gələn gəlirdə yaxşı hiss etmək olar. 2016-cı ildə neft-qaz satışı üzrə gəlirlər 5,1 milyard dollardan bir qədər artıq olub, cari ilin 10 ayında həmin həcmlər keçirilmir. Noyabr və dekabrda neftin qiymətinin enmə ehtimalının az olduğunu nəzərə alsaq, belə proqnoz etmək mümkündür ki, keçən illə müqayisədə neft-qaz satışından DNF-ə gələn gəlirlər 1 milyard dollardan çox olacaq. Bu o fonda müşahidə ediləcək ki, Azərbaycanın ən böyük neft layihəsi olan “Azəri-Çıraq-Günəşli”də hasilat 2 milyon tondan çox azalaraq, sutkalıq 680-700 min barrelə düşüb. Bax, bu neftin qiymətinin artımından dövlətin mənfətinin qazancının bariz göstəricisidir. Büdcənin nə qədər qazanacağına gəldikdə, gələn ilin transferlərini götürdükdə, büdcənin xərcləri 20 faiz, təqribən 4 milyard manata yaxın artdı”.

Növbəti mərhələdə dövlət neft pullarını birbaşa məşğulluğa yönəltməlidir

Hökumətin gəlirlərin effektiv istifadəsi barədə iqtisadçı Vüqar Bayramlı bildirib ki, gəlirlər daha çox məşğulluq sahəsinə yönəldilməlidir.

Vüqar Bayramov
Vüqar Bayramov

“İnvestisiya mühitinin yaxşılaşdırılması da lazımdır. Amma növbəti mərhələdə dövlət neft pullarını birbaşa məşğulluq, iş yeri yaradan və birbaşa məhsul istehsal edən sektorlarına yönəldilməsinə çalışmalıdır. Məsələ ondadır ki, infrastrukturu saxlamaq xərci var, iş yeri yaradılsa, məhsul istehsalını təmin edir, idxaldan asılılığı aradan azaldır. Ona görə səmərəli yol neft pullarını birbaşa iş yeri və istehsal yaradan sahələrə yönəldilməsidir”.

Ana səhifəXəbərlər”Neft-qaz satışından neft fondunun gəlirləri 1 milyard dollardan çox olacaq”