Neft ölkəsi Venesuelanın reallığı – hamilə qadınların yemək həsrəti

Üç hamilə ana öz hekayətini danışır

Source:
Mariluz Urbina
Mariluz Urbina

Üç hamilə ana öz hekayətini danışır

Mariluz, Angie və Maria, Venesuelada, Karakas yaxınlığında Los Valles del Tuy bölgəsində yerləşən gecəqondu məhəlləsində yaşayırlar. Onların üçü də hamilədir. Venesuelada tüğyan edən iqtisadi böhrandan qorunmaq üçün dövlətdən yardım istəyirlər.

Mariluz Urbina evinin düz kənarında həsir stulda oturub dincəlir. Bazar günü səhər saat 10:30-dur. Hələ səhər yeməyini yeməmişdi. “Mən heç nə yeməmişəm” – o deyir. “Arepa (qarğıdalı unundan hazırlanmış xüsusi çörək) yeməyə hazırlaşırdım”.

O içi boş olan qabla qapıdan çıxan uşağı görüb söhbəti dayandırır. Onların üzvü olduqları “Tomuso Viejo” icması Venesuelanın şimalında yerləşən Miranda əyalətində yaşayır.

Sabah altı aylıq hamilə olan Mariluz avtobusa minəcəyi əsas yola çatmaq üçün uzun, çirkli yollardan keçməlidir. Avtobuslar aylardır ki, onun yaşadığı gecəqondu məhəlləsinə birbaşa gəlmir.

“Sabah həkimlə görüşməyə gedəcəm” deyib doğuşdan öncə ikinci yoxlanışından danışır. Görüş onun yaşadığı ərazinin qonşuluğunda yerləşən Dos Lagunas şəhərində olacaq. “Çünki burdakı klinikada heç kim yoxdur”.

Mariluz bu klinikadakı son ziyarətinə görə təəssüflənir. “Mənə son istifadə tarixi keçmiş folik turşuları vermişdilər buna görə də götürmədim”.

O, 40 yaşındadır və altı uşağından ikisi ilə birgə yaşayır. Digər uşaqları qayınanası ilə yaşayırlar. Ərinin daimi işi yoxdur.

O, hökumətin “Hijos de Venesuela” (Venesuela Uşaqları) proqramı vasitəsilə yardım alırdı. Bu proqram “Gran Mision Hogares de Venezuela” (Venesuela Missiyasının böyük evi) proqramı ilə birləşdirildi. Bu daha möhtəşəm səslənir. Ancaq Prezident Nikolas Maduronun yoxsul ailələr üçün hazırladığı, dövlət tərəfindən yürüdülən bütün qabaqcıl təşəbbüsləri özündə birləşdirən layihədən effektli deyil.

Mariluz bu yeni proqramdan yardım ala bilməyib. O, hökümətdən yalnız Pasxa üçün bonus alıb.

İqtisadi böhrandan sonra hökumət tərəfindən hazırlanmış ərzaq siyasəti çərçivəsində CLAP (Tədarük və istehsalla məşğul olan yerli komitələrin İspan dilində qısaltması) tərəfindən paylanan ərzaq çantalarının çatdırılması daim gecikdirilir. Elə aylar olur ki, ümumiyyətlə gətirilmir.

Çantalarda bir kilo un, 1 kilo şəkər, 1 kilo mərcimək, 2 kilo qara lobya, 3 kilo düyü, iki litr yağ, iki litr süd məhsulu, hər biri 200 qramdan ibarət olan 3 paket makaron, dörd tuna balığı konservası, bir banka pomidor sousu və mayonez var idi.

“Həkim mənə deyir ki, şirə içməliyəm və ət yeməliyəm, eyni zamanda balıq və salat”. O, gülməkdən nəfəs ala bilmirdi. Dostları da ona qoşularaq nəfəsləri kəsilənə kimi gülürlər. Daha sonra Mariluz davam edir.

“Biz əvvəllər yeyə bilərdik. Ancaq indi yox. Mən qızıma deyirəm ki, bu uşaq normal çəkinin altında doğulacaq” – O qeyd edir ki, 6 aylıq həmilə ikən belə 60 kilodur və bu onun normal çəkisidir. “Həkim mənə dedi ki, yaxşı qidalanmalıyam, ancaq bunu necə etməliyəm?”

Angie Serrano iki küçə aşağıda yaşayır. Onun 20 yaşı var və ikinci uşağına hamilədir. O 48 kiloqramdır. Həkim yaxşı qidalanması barədə ona xəbərdarlıq edib. O, gecəqondu məhəlləsində CLAP-ı idarə edən şəxslə bir neçə dəfə mübahisə edib və onu benefisiarların siyahısına əlavə etmələrini tələb edib.

Biləndə ki, hamilədir anası ilə yaşamaq üçün evlərinə geri qayıdıb. Lakin, o vaxtdan etibarən həmin ərazidə CLAP siyahısı yenilənməyib.

“Mənim günorta yeməyi üçün düyüm, makaronum və tərəvəzim var” – o deyir. Onun anası izah edir ki, əgər onlardan biri tapılsa onu yeyir. Əgər tapılmasa qarğıdalı unundan hazırlanmış çörək yeyir.

Oktyabr ayında Angie məktəbə getməyən və ya ev işləri ilə məşğul olan gənclər üçün nəzərdə tutulmuş “Chamba Juvenil Planı” adlı dövlət məşğulluq lahiyəsində çalışmağa başlayıb. O hələ də ilk maaşını gözləyir.

“Mən doğuşdan öncə Santa Teresa del Tuyda yerləşən xəstəxanada yoxlanışa getdim. Onlar mənə bəzi analizlər yazdılar. Ancaq bunu ödəməyə pulum yoxdur” – o deyir.

Angienin hamiləliyi hətta klinikada yaxşı izlənməyib.

Kuba ərazisində kiçik profilaktik klinikalar var. Onlar ölkənin ən kasıb rayonlarında səhiyyə xidmətləri göstərmək üçün nəzərdə tutulublar. Amma Venesuelada özəl tibb mərkəzləri və digərləri kubalı həkimlərin testlərinin nəticələrini qəbul etmirlər.

“Bu problemdir” – onun icmasından olan digər qonşusu və özü də ana olan Ninoşa Kolmenares deyir.

Maria Brikeno küçənin kənarında yerləşən evdə yaşayır. O, altı aylıq hamilədir və Santa Teresa del Tuy xəstəxanasında müayinə olunur.

O, hal-hazırda 4 və 7 yaşlarında olan digər iki uşağına hamilə olanda “Tomuso Viejo” klinikasından pulsuz vitaminlər, folik turşular və dəmir dərmanları aldığını xatırlayır.

Bu dəfə o klinikaya getmək əvəzinə xəstəxanaya getməli oldu. Həkimlər ilk növbədə onun müayinə üçün “Barrio Adentro” klinikasına getməli olduğunu deyərək onu yoxlanışdan keçirmək istəmədiklərini bildirdilər.

“Ancaq bizim evimizə yaxın olan xəstəxana bağlandı. Orada heç həkim yoxdur. Mənim körpənin doğulması və onu görmək üçün səbrim çatmır. Mən körpənin hər hansı bir sağlamlıq probleminin və ya qüsurlu doğulmasını istəmirəm. Hamiləlik dövründə bunun qarşısını almaq və ya həll etmək mümkündür”.

Ana səhifəXəbərlərNeft ölkəsi Venesuelanın reallığı – hamilə qadınların yemək həsrəti