Neft Fondunun aktivləri 317,1 milyon dollar azalıb

Rüb ərzində isə Fondun gəlirləri 3 638,3 milyon, xərcləri isə 2 878,1 milyon təşkil edib

Source:


Rüb ərzində isə Fondun gəlirləri 3 638,3 milyon, xərcləri isə 2 878,1 milyon təşkil edib

2014-cü il oktyabrın 1-ə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 37 305,3 milyon ABŞ dollarına bərabər olub. Məlumat ARDNF-un 20 oktyabr açıqlamasında qeyd olunub.

ARDNF bildirir ki, ilin əvvəlinə (35 877,5 milyon ABŞ dolları) nisbətən onun aktivləri 3,98 faiz artib.

Ancaq “Turan İA” bir fakta diqqət yetirir ki, cari ilin iyul ayının 1-nə Neft Fondunun aktivləri  37 622,4 milyon dollar idi. Deməli, III rüb ərzində Neft Fondunun aktivləri 317,1 milyon dollar azalıb.

Rüb ərzində isə Fondun gəlirləri 3 638,3 milyon, xərcləri isə 2 878,1 milyon təşkil edib.

Gəlirlər

Xərclər

I rüb

3 006,8

2443,3

II rüb

3486,8

2719,8

III rüb

3638,3

2878,1

Cəmi

10 131,9

8041,2

2013-cü il oktyabrın 1-ə Fondun aktivləri 2013-cü ilin əvvəlinə (34 129,4 milyon ABŞ dolları) nisbətən 4,9 faiz artaraq 35 809,2 milyon ABŞ dollarına bərabər olub.

ARDNF-in rəsmi məlumatına görə, 2013-cü il ərzində Neft Fondunun büdcə gəlirləri 13 600,5 milyon manat, büdcə xərcləri isə 12 302,7 milyon manat təşkil edib.

2012-ci ildə ARDNF-ın büdcə gəlirləri 13 673,7 milyon manat, büdcə xərcləri isə 10 573,6 milyon manat təşkil edib.

Qeyd edək ki, ARDNF-ə daxilolmaların pik həddi 2011-ci ildə qeydə alınıb – 15 628,3milyon manat olub. Yəni bu məlumatlardan göründüyü kimi, 2011-ci ildən başlayaraq Neft Fondunun gəlirləri azalmağa başlayıb. Ən yüksək azalma tempi 2012-ci ildə olub – birdən birə Fonda daxilolmalar 2 milyard manat azalıb. Bu, “Azəri-Çıraq-Günəşli” yataqlarında hasilatın kəskin azalması fonunda baş vermişdi.

Ana səhifəXəbərlərNeft Fondunun aktivləri 317,1 milyon dollar azalıb