Neft Fondu çıxılmaz vəziyyətdə…

“Hər ay orta hesabla 118 milyon manat təkcə Neft Fondunun xərclərinin icrasına tələb olunur”

Source:


“Hər ay orta hesabla 118 milyon manat təkcə Neft Fondunun xərclərinin icrasına tələb olunur”

“2015-ci ilin yanvarının nəticələrinə görə, Dövlət Neft Fonduna düşən mənfəət neftinin həcmi təxminən 1.927 milyon ton olub. Bu, Supsa və Ceyhan kəmərlərilə ölkədən ay ərzində ixrac olunan neftin (2.734 milyon ton) 70.5 faizi deməkdi”, – bunu İqtisadçı ekspert Rövşən Ağayev facebook səhifəsində yazıb.

Ekspert bildirib ki, yanvarda azərilight markalı neftin orta aylıq qiymətinin hər barrel üçün 51 dollar (hər ton üçün 319 dollar) olduğunu nəzərə alsaq, deməli, yanvarda Dövlət Neft Fondunun büdcəsinə mənfəət neftinin satışından 614 milyon dollar daxil olub:

“Fondun büdcə gəlirlərinin 10 faizdən bir qədər az hissəsinin də digər mənbələrdən formalaşdığını nəzərə alsaq, Fondun aylıq gəlirləri ən yaxşı halda 680 milyon dollar (530 milyon manat) təşkil edə bilər. Halbuki 2015-ci ildə Fond təkcə dövlət büdcəsinə hər ay orta hesabla 865 milyon manat transfert etməlidi”.

Ekspert bildirir ki, bunda əlavə, hər ay orta hesabla 118 milyon manat Fondun öz xərclərinin icrasına tələb olunur. Qısası, 2015-ci ildə orta hesabla hər ay Fonda xərcləmək üçün (əgər büdcəsini ixtisar etməyəcəksə) 983 milyon manat vəsait lazımdı:

“İlk ayın nəticəsinə görə isə, büdcə gəliri bundan az qala 2 dəfə az – təxminən 530 milyon manat olması ehtimal olunur”.

Ana səhifəXəbərlərNeft Fondu çıxılmaz vəziyyətdə…