”Neft ehtiyatı tələbatdan yüksək qaldığı təqdirdə qiyməti artmayacaq”

İlham Şaban: ”Gələcəkdə neftin qiymətinin 60-65 dollar olması normal sayılacaq”

Source:


İlham Şaban: ”Gələcəkdə neftin qiymətinin 60-65 dollar olması normal sayılacaq”

“Dünya bazarında neft ehtiyatları tələbatdan yüksəkdir. Ehtiyatlar indiki tələb səviyyəsinə düşməyəcəyi təqdirdə “qara qızıl”ın qiymətində ciddi artım gözlənilmir”.

Azərbaycanda səfərdə olan BP-nin Rusiya və MDB ölkələri üzrə baş iqtisadçısı Vladimir Drebentsov belə deyib.

Məlumatı APA yayıb.

Vladimir Drebentsov bildirib ki, 2016-cı ilin iyulundan etibarən dünyada neft ehtiyatlarının azalması tendensiyası müşahidə edilib:

“Ehtiyatların azalmasına Neft İxrac Edən Ölkələr Birliyinə üzv və qeyri-üzv ölkələrin hasilatı azaltması barədə qəbul etdiyi qərarlar səbəb olub. Saxlama anbarlarında olan neft ehtiyatları azalsa da, hələlik, tələb səviyyəsinə qədər aşağı düşməyib. Bununla belə, bazarda balans yaxşılaşmaqdadır. 2014-2017-ci illərdəki qiymət tendensiyası 1985-1990-cı illərdəki qiymət dəyişikliklərini xatırladır”.

V. Drebentsov bildirib ki, qarşıdakı 2 ildə neftə tələbatın artacağı gözlənilir:

“2018 və 2019-cu illərdə neftə tələbat ötən ildəkindən çox olacaq”.

Baş iqtisadçı hesab edir ki, OPEC+ ölkələri tərəfindən neft hasilatının azaldılması ilə bağlı razılaşmanın müddətinin uzadılması ehtimalı yüksəkdir.

Neft sahəsi üzrə mütəxəssis İlham Şaban deyir ki, Vladimir Drebentsov dünya səviyyəli analitikdir. Onun indiyədək verdiyi proqnozlar səhv çıxmayıb:

İlham Şaban

“Drebentsov BP-nin strateqlərindən sayılır və analitik qrupa daxildir. O, 2013-cü ildə neftin qiymətinin 1 ildən sonra 2 dəfə düşəcəyini söyləmişdi, düz çıxdı. Bundan əlavə, Vladimir Drebentsov 2019-cu ildə neftin qiymətinin indiki qiymətdən yuxarı olacağını bildirib. Çünki 2014-cü ildə düşən qiymət 5 ildən sonra artıma doğru getməlidir. Ancaq sonrakı dövrdə neftin qiyməti çox artmayacaq. 60-65 dollar normal qiymət sayılacaq”.

V. Derbentsovun Azərbaycana səfəri BP-nin “2035-ci ilədək enerji bazarına baxış” adlı hesabatının hazırlanması məqsədi daşıyır.

Ana səhifəXəbərlər”Neft ehtiyatı tələbatdan yüksək qaldığı təqdirdə qiyməti artmayacaq”