Nazirlik: Soğan ixracı rekord həcmdə olub

Vahid Məhərrəmov: ”Azərbaycanda soğan istehsalı artmayıb”

Source:


Vahid Məhərrəmov: ”Azərbaycanda soğan istehsalı artmayıb”

Kənd Təsərrüfatı Nazirliyi bəyan edib ki, 2017-ci ildə Azərbaycandan soğan ixracı kəskin şəkildə artaraq tarixi rekord həcmdə olub.

“Report”un nazirliyə istinadən verdiyi xəbərə əsasən, soğan ixracı bu ilin yanvar-avqust aylarında ötən ilin 12 aylıq göstəricisi ilə müqayisədə 13 dəfə artaraq 39 min 058 tona çatıb.

Soğan ixracının 61%-i Rusiyaya olub. İxracda pauı olan əsas ölkələr arasında Türkmənistan, iraq, Gürcüstan, Ukrayna, İran, BƏƏ var.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Meydan TV-yə bildirib ki, Azərbaycanda soğan istehsalı artmayıb, ildə təxminən 50-55 min tona qədər istehsal olunur.

“Tələbatdan az soğan istehsal olunsa da, bir hissəsi idxal hesabına təklif edildiyindən qıtlıq yaşanmır. Amma bu il faraş soğanınn az olduğu bazardakı qiymətlərdən də sezildi. Aprel-may aylarında qiymət artmışdı, iyula qədər belə davam etdi”.

O hesab edir ki, qiymətin artması fermerlərin məhsulun bir hissəsinin onşu Rusiyaya göndərməsindən sonra, bazarda soğanın həcminin azalmasından asılı oldu.

“Qiymət artanda da bir o qədər istehlak olunmur. Onsuz da əhalinin alıcılıq qabiliyyəti aşağıdır, nəticədə soğanın bir hissəsi ixrac olundu. Ümumiyyətlə, Azərbaycanda soğanla bağlı durum belədir – 1 il istehsal etsələr də, qiymət düşür, qazanc götürə bilmirlər, növbəti il istehsal azalanda qiymət artır.

Vahid Məhərrəmov

Vahid Məhərrəmov hesab edir ki, bu il soğanın qonşu ölkələrə ixrac edilməsi müsbətdir və bu ixrac dayanıqlı olsa yaxşı olar.

“Amma bu qətiyyən hökumətin fəaliyyəti deyil, hər hansı müqavilə imzalanmamışdı. Sadəcə, Rusiyada ticarətlə məşğul olan azərbaycanlılar gəlib mövsümdə erkən yetişdirilmiş soğanı almışdılar”.

Ana səhifəXəbərlərNazirlik: Soğan ixracı rekord həcmdə olub