Nazirlik: Otellərə sanksiyalar tətbiq olunacaq

“Standartlara cavab verməyən otellər cərimələnəcək”

Source:
Əliyevlər ailəsi ”Jumeirah Bilgah Beach Hotel”-in açılışında
Əliyevlər ailəsi ”Jumeirah Bilgah Beach Hotel”-in açılışında


“Standartlara cavab verməyən otellər cərimələnəcək”

“Ötən ildən Azərbaycana gələn turistlər artıb. Bu, müəyyən maneələrin aradan qaldırılması nəticəsində olub”.

“Report” bunları mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun dediyini yazıb.

Onun sözlərinə görə, bu mərhələdə əsas vəzifə keyfiyyətli və yüksək təhlükəsizlik xidmətini artırmaq, yeni məhsulu ortaya çıxarmaqdır:

“Hazırda 554 mehmanxana qeydiyyata alınıb. Onlardan 130-u ulduz sertifikatı alıb. Ola bilsin ki, bunların bəziləri yapışdırılıb, lakin sanksiyalar yoxdur. Qanun layihəsi sanksiyaların tətbiq olunmasına fürsətdir. Əgər hansısa hotel standartlara cavab vermirsə, niyə ulduzların sayına təsir göstərirsən. Ona görə də cərimə tətbiq olunmalıdır”.

N.Səmədov Dövlət Turizm Reyestrinin yaradılmasının vacib olduğunu da deyib. Çünki turizm sahəsində keyfiyyət və təhlükəsizlik reyestrlə bağlı olan məsələdir:

“Reyestr olan zaman Mədəniyyət və Turizm Nazirliyi müəyyən şərtlər qoya bilər. Məsələn, hotellər üçün bu reyestrdə üzvlük hansısa bir standarta uyğunluğun nəticəsi kimi olar. Bizim ulduzlarla bağlı standartlarımız var və 1, 2, 3, 4, 5 ulduzlu hotellər var. Amma bu standartların olması məcburi şərt deyil”.

Mütəşəkkil Cinayətlərin və Korrupsiyanın Araşdırılması layihəsi – OCCRP-nin iyunun 28-də dərc etdiyi

araşdırma

üzə çıxarmışdı ki, prezidentin qızları Leyla və Arzu Əliyevalar Bakıda 6 beşulduzlu otelə ya birbaşa sahibdir, ya da dolayısı ilə bağlıdır. Daha bir otel isə tikilməkdədir.

Prezidentin qızları iki eksklüziv dağ kurortuna yiyələnib və sonuncu oteldə də rollarının olduğu güman edilir.

Yazıda Avropa Oyunlarına milyardların sərf olunduğu, bütün bu xərclərin vergiödəyicilərinin belindən çıxdığı qeyd olunur. Ancaq iki imtiyazlı vətəndaş bu oyunlardan əməlli-başlı qazanıb: prezidentin qızları. Çünki onlar Bakıda nəhəng dəbdəbəli otel biznesini idarə edir. Tanınmış Qərb brendləri olan “Four Seasons”, “Sheraton”, “Excelsior” və “Marriott” şəhərin əsas yerlərində qərarlaşıb.

Onların “Intourist”də, Xəzər sahilindəki “Boulevard” və kurort zonasındakı iki oteldə – “Pik Palace Shahdagh” və “Park Chalet Shahdagh”da payları var. Tikilməkdə olan “Dinamo” oteli 2016-cı ildə açılacaq. 10-cu otel – “Jumeirah Bilgah Beach Hotel” bəzi şirkətlər vasitəsilə prezidentin qızlarına bağlıdır.

Bu otellər Azərbaycanın ən böyük, yaxşı yerdə yerləşən, ən məşhur otelləridir. Dövlət Statistika Komitəsinin 2014-cü ildə yaydığı məlumata əsasən, Azərbaycanda 30 beşulduzlu otel var. Bakıdakı digər otellər Əliyevlərin biznes tərəfdaşlarına və ya məmurlara məxsusdur.

Ana səhifəXəbərlərNazirlik: Otellərə sanksiyalar tətbiq olunacaq