Nazirlik büdcə tapşırıqlarının tam icra olunduğunu deyir

”Vergi daxilolmaları artıb”

Source:

Vergilər Nazirliyi 2017-ci ilin yanvar-iyul aylarında büdcə tapşırıqlarının tam həcmdə icra olunduğunu bildirir. Bu barədə məlumat yayıb.

Məlumatına görə, bu ilin ilk 7 ayında vergi ödəyiciləri dövlət büdcəsinə 4 milyard 84 milyon 988,4 min manat vəsait ödəyiblər.

Eyni zamanda, proqnoz tapşırığına 100,1 faiz əməl olunduğunu deyilir.

”Qeyd olunan müddətdə vergi daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə də artıb. 2016-cı ilin uyğun dövrü ilə müqayisədə artım 6,11 faizdir”.

Ana səhifəXəbərlərNazirlik büdcə tapşırıqlarının tam icra olunduğunu deyir