Rafiq Bayramov

Mənbə: DTX

Başlıq: Rafiq Bayramov

Nazir müavini ilə bağlı hökm dəyişdirildi

Rafiq Bayramov: “Bir nəfər də məhkəmədə demədi ki, mən onlardan və ya başqasından rüşvət almışam”

Bakı Apelyasiya Məhkəməsi mədəniyyət nazirinin keçmiş müavini, 1.8 milyon manat rüşvət almaqda ittiham olunan Rafiq Bayramov haqqında hökmü dəyişib. Hakim Elmar Rəhimovun sədrliyilə çıxarılan hökmə əsasən, Rafiq Bayramovun cəzası 8 ildən 4 il 6 aya endirilib. Məhkəmə onun şəxsiyyətini, uzun illər yüksək dövlət vəzifələrində çalışmasını, həbsindən sonra 1.2 milyon manat vəsaitin dövlət nəfinə köçürülməsini nəzərə alaraq, ona Cinayət Məcəlləsinin 62-ci (Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsini tətbiq edib.

Rafiq Bayramovun ittiham olunduğu Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) maddəsində 8 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulub.

Rafiq Bayramov məhkəmədə bildirib ki, özünü təqsirli bilmir, heç kimdən rüşvət almayıb: "Mən ömür boyu rüşvət almamışam. Bu, heç cür mümkün deyil. Bir nəfər də məhkəmədə demədi ki, mən onlardan və ya başqasından rüşvət almışam. Mənim 4 idarə rəisindən rüşvət aldığım iddia olunur. Halbuki, həmin şəxslərin işdən çıxarılması ilə bağlı rəhbərliyə təqdimat yazmışam. Mən bunlardan rüşvət alırdımsa, onlardan niyə təqdimat yazmışdım?"

Rafiq Bayramovun sözlərinə görə, dindirilən idarə rəisləri rəhbərlik tərəfindən təyin ediliblər. Onun həmin şəxslərdən rüşvət alması mümkün deyildi: "Nazir müavini olsam da, həmin işlərin mənim razılığımla görülməsi mümkün deyildi".

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/uyvqw8

Ən çox baxılan