Onun hansı xəstəxanaya yerləşdirildiyi açıqlanmır
Energetika naziri Natiq Əliyevin Türkiyəyə aparıldığı bildirilir.
Məlumatı APA yayıb.
Bunu nazirin müalicə aldığı Mərkəzi Neftçilər Xəstəxanasından da təsdiq ediblər. Ancaq nazirin hansı xəstəxanaya yerləşdirildiyi açıqlanmayıb.
Dünən,
iyunun 4-ü
energetika nazir N.Əliyevin ürəyində yaranan problemlərlə bağlı Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirildiyi bildirilirdi.
Verilən xəbərlərdə N.Əliyevin xəstəxanaya gətirilən zaman ürəyinin dayandığı, süni masajla yenidən həyata qaytarıldığı vurğulanırdı.
Xəbərdə həmçinin, bildirilirdi ki, N.Əliyev reanimasiya şöbəsindədir, ürəyinə stendlər qoyulub. Yerli və xarici mütəxəssislərin iştirakı ilə konsilium aparılır. Konsiliumun nəticələrinə uyğun olaraq müvafiq addımlar atılacaq.