Yerli və xarici mütəxəssislərin iştirakı ilə konsilum aparılır
Energetika naziri Natiq Əliyevin səhhətində problem yaranıb.
Mərkəzi Neftçilər Xəstəxanasından APA-ya bildirilib ki, N. Əliyev xəstəxanaya gətirilən zaman vəziyyəti ağır olub.
Hazırda nazir reanimasiya şöbəsindədir, ürəyinə stendlər qoyulub. Yerli və xarici mütəxəssislərin iştirakı ilə konsilum aparılır və konsilumun nəticələrinə uyğun olaraq müvafiq addımlar atılacaq.
Natiq Əliyev 1993-2005-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti, 2005-2013-cü illərdə sənaye və energetika naziri, 2013-cü ildən energetika naziridir.