Nazir Əli Abbasov vəzifəsindən çıxarılıb

Source:

Əli Abbasov rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilib.

Prezidenti İlham ƏIiyev müvafiq sərəncam imzalayıb.

Əli Məmməd oğlu Abbasov 1 yanvar 1953-cü ildə Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olub 1976-cı ildə Moskva Energetika İnstitutunu “Avtomatika və telemexanika” ixtisası üzrə bitirib. Təxminən bir il Azərbaycan Elmlər Akademiyasında işlədikdən sonra Ukrayna Elmlər Akademiyasında məqsədli aspiranturada təhsilini davam etdirib. 1981-ci ildə mikroelektronika sahəsində dissertasiya müdafiə edərək, texnika elmləri namizədi elmi dərəcəsini alıb 1994-cü ildə 05.13.14 – “İnformasiya emalı və idarəetmə sistemləri” ixtisası üzrə dissertasiya müdafiə etmiş və texnika elmləri doktoru adını alıb. 1996-cı ildən professor, 2001-ci ildən isə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvüdür. 2001-2004-cü illərdə Azərbaycan Respublikası Milli Məclisinin Deputatı və Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) üzvü olub. AŞPA-da “Cənubi Qafqazda mədəni irsin qorunması” mövzusu üzrə geniş hesabatın müəllifidir.

2004-cü ildə rabitə və yüksək texnologiyaları naziri vəzifəsinə təyin olunub.

Ailəlidir, iki övladı var.

Ana səhifəXəbərlərNazir Əli Abbasov vəzifəsindən çıxarılıb