Nazir: Ailələlərə yararsız heyvan verən nümayəndələr cəzalandırılıb

“Məşğulluq proqramında manipulyasiya ilə məşğul olmaq istəyənlər də olub”

Source:
Sahil Babayev
Sahil Babayev


“Məşğulluq proqramında manipulyasiya ilə məşğul olmaq istəyənlər də olub”

Keyfiyyəti aşağı, yararsız heyvanları ailələrə təqdim edən məşğulluq mərkəzlərinin nümayəndələrinə inzibati tənbeh verilib.

Bu sözləri əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev fevralın 14-də keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, dəyişdirilən heyvanların sayı 170-ə yaxın olub:

“Yararsız heyvanların verilməsi ilə bağlı nazirliyə daxil olan müraciətlər əsasında heyvan dəyişdirilməsi faktı 1 faizdən aşağı olub”.

“Report”un məlumatına görə, Sahil Babayev deyib ki, yararsız heyvanlarla bağlı müraciətlərin əksəriyyəti 2-3 ay sonra edilib.

“Vətəndaşlara heyvan təqdim ediləndə özü təsdiq edir. Müvafiq baytar arayışları da təqdim olunur. Bəzi məlumatlar yayılır ki, guya 5000 manat civarında heyvanlar alınır. Bu, səhv məlumatdır. Bütün vergilər və digər ödənişlər daxil olmaqla bir heyvanın qiyməti 1800 manatdan çox deyil, 1400 manat civarındadır. Heç bir podratçı şirkətə əlavə vəsait ödənilməyib. Hər hansı satınalmamızda qiymət artımına yol verilməyib. Ötən ilin mövcud qiymətlərindən aşağı qiymətə heyvan alınır”.

Nazir bildirib ki, məşğulluq proqramında manipulyasiya ilə məşğul olmaq istəyənlər də olub:

“Araşdırma zamanı proqrama yazılan bəzi şəxslərin aztəminatlı olmadığı, imkanlı olduğu məlum olub. 800-ə yaxın belə məşğulluq proqramına uyğun olmayan şəxs siyahıdan çıxarılıb. Belə şəxslərin böyük əksəriyyəti mətbuata müxtəlif iddialarla çıxıb”.

Meydan TV bir neçə dəfə fermerlərin şikayəti əsasında materiallar hazırlayıb. Fermerlər Özünüməşğulluq Proqramı çərçivəsində onlara qısır, qoca, xəstə heyvanların verilməsindən

gileyləniblər.

İqtisadçı alim Qubad İbadoğlu da vətəndaşlara xəstə, yararsız heyvanların verildiyinə diqqət

çəkib.

İqtisadçı deyib: “Nazirliyin proqramının icrası çərçivəsində layihə qalibi olan vətəndaşlara ailəsini maddi baxımdan təmin edəcək təsərrüfata sahib olmaq üçün verilən heyvanların dişsiz, qısır, bəzi hallarda qotur olması bu sistemdə korrupsiyanın, pis idarəçiliyin davam etməsinin göstəricidir”.

Ana səhifəXəbərlərNazir: Ailələlərə yararsız heyvan verən nümayəndələr cəzalandırılıb