49 211 ölkə vətəndaşının pasportu ləğv edilib
Türkiyənin daxili işlər naziri Efkan Ala: Bu günədək Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdi ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində 18 044 nəfər saxlanılıb.
Onun sözlərinə görə, həmin şübhəlilərdən 9 677 nəfəri barəsində həbs qətimkan tədbiri seçilib.
Nazir həmçinin hazırda 49 211 ölkə vətəndaşının pasportunun ləğv edildiyini söyləyib.
(Anadolu xəbər agentliyi)