Nazim Bəydəmirli: Polis daha çox cərimə yazılmasında maraqlıdır

“Cərimələrin də məbləği minimum və orta əmək haqqına uyğunlaşdırılmalıydı”

Source: Reuters


“Karantin rejiminin pozulmasına görə cərimələr minimum və orta əmək haqqına uyğun deyil”

Azərbaycanda karantin dövründə 70 min nəfərdən çox adam cərimələnib. Bu barədə BDYPİ-nin Yol Patrul Xidməti (YPX) şöbə rəisi Kamran Əliyev unikal.az saytınadanışıb.

Kamran Əliyev deyib ki, qoruyucu vasitələrdən istifadə edilmədiyinə görə 29 iyun-5 iyul tarixində, yəni 6 gün ərzində 6613 nəfər,ümumi karantin rejiminin pozulmasına görə 19 225 nəfər cərimə olunub, 45 nəfər isə həbs edilib.

Kamran Əliyev
Kamran Əliyev

İqtisadçı, professor Nazim Bəydəmirli 70 mindən çox adamın cərimələnməsinin xoş hal olmadığını deyib. O bildirib ki, cərimə tətbiq olunan ilk gündən polis əməkdaşlarının necə canfəşanlıq göstərdiyinin şahid olub. Onun fikrincə, səbəb odur ki, cərimələrdən həm Daxili İşlər Nazirliyinin, həm də Prezident Administrasiyasının işçilərinin sosial müdafiəsinə vəsait ayrılır.

“Bu, o deməkdir ki, nəzarət və icra edən orqanlar cərimənin çox yazılmasında daha maraqlıdır. Hələ bir neçə il əvvəl cərimələrinin bölüşdürülməsinin normal həyata keçirilməməsi ictimai müzakirəyə çıxarılmışdı. O cümlədən, icazə portalının işləməyən vaxtı işçimiz inzibati xətanın əsassız olduğunu təqdim edib və bu barədə şikayət yazıb. Amma inzibati xəta yazılan protokolun həmin gün sistemə borc kimi otuzdurulur. 10 gün ərzində vətəndaşın şikayət etmək və məhkəməyə müraciət etmək hüququ var. Bütün bunlar edilsə də, 2 cərimə faktıyla qarşılaşmışdıq”.

Onun sözlərinə görə, cərimələrin biri ustaya həyətdə, açıq havada maskasız işlədiyinə görə tətbiq edilib. İkinci cərimə isə həkimə edilib.

“Halbuki, icazə sistemi işləməyib. Bunlardan şikayət verilsə də, hər iki cərimə sistemdə otuzdurulub. Bu, cərimələrin adekvat olmadığını göstərir”.

560302_10151464884554393_1194547930_n.jpg
Nazim Bəydəmirli

Nazim Bəydəmirli hesab edir ki, cərimələrdən öncə xəbərdarlıq olmalıydı, əksər dünya ölkələrində belədir:

“Vətəndaş ikinci dəfə eyni inzibati xətanı törədirsə, cərimə yazılardı. Cərimələrin də məbləği minimum və orta əmək haqqına uyğunlaşdırılmalıydı. Necə ola bilər ki, minimum əmək haqqı 250 manat olan ölkədə cərimələr 100 manatdır? Nəzərə alınmalıdır ki, vətəndaş SMS göndərir, sistem düzgün işləmədiyindən cərimə vətəndaşa yazılır. Aparılan siyasətdə törədilmiş xətanın qarşısını almaqdan daha çox, cərimənin toplanması prosesi gedir. Ona görə cərimə adekvat olmadığından prezidentin müdaxiləsinə ehtiyac var”.

Bakıda, bir sıra şəhər və rayonlarda koronavirusa yoluxmafaktlarının artması səbəbindən Nazirlər Kabineti 21 iyun-5 iyul tarixlərində sərt karantin rejiminin, SMS icazə sisteminin bərpası barədə qərar verib. Qərar Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Cəlilabad, Yevlax və Abşeron rayonuna aid edilib. Sonradan bu müddət iyulun 20-ə qədər uzadılıb. İyulun 8-də Xüsusi sərtləşdirilmiş karantin rejimi Goranboy və Göygöl rayonlarına da şamil edilib.

Ana səhifəSosialNazim Bəydəmirli: Polis daha çox cərimə yazılmasında maraqlıdır