Naxçıvanlı jurnalist ölümcül döyülüb FOTO

Aldığı qəfil zərbələrdən huşunu itirən İlqar Nəsibov kimlər tərəfindən döyüldüyünü xatırlamır. Onun həyat yoldaşı, hüquq müdafiəçisi Məlahət Nəsibova MTN əməkdaşlarının onları dəfələrlə təhdid etdiklərini bildirir.

Source:



Aldığı qəfil zərbələrdən huşunu itirən İlqar Nəsibov kimlər tərəfindən döyüldüyünü xatırlamır. Onun həyat yoldaşı, hüquq müdafiəçisi Məlahət Nəsibova MTN əməkdaşlarının onları dəfələrlə təhdid etdiklərini bildirir.

11.30. Avqustun 22-i saat 11-ə olan məlumata görə İlqar Nəsibovun durumu ağır olaraq qalır. O xəstəxananın reanimasiya şöbəsində həkim nəzarətindədir.

Bu gün həkimlər yenidən təkrar müayinə keçirib, müalicə üçün məsləhətləşmə aparacaq. Güclü beyin silkələnməsi olduğundan həkim çox danışmağa icazə vermir.

“O hücumçulardan birini tanıyıb, Fərid adlı oğlandır. Bizim ofisə gəlib-gedirdi. İlqar deyib ki, onun əlində beşbarmağa oxşar dəmir parçası olub. İlqara məhz Fərid zəng edib ofisə çağırıb” – deyə Məlahət Nəsibova bildirib.

Onun sözlərinə görə, prokurorluq və polis ilkin sorğular aparıb, ofisə baxış keçirib. “Mən onlara da bildirdim ki, yerli Milli Təhlükəsizlik Nazirliyindən şübhələnirəm”.

M.Nəsibova deyib ki, həkimlər beyin nahiyəsinə və daxili qanaxmadan şübhələnir. Həkimlər üz nahiyəsində qanaxmanın qarşısını almaq üçün sağ və sol qaşlarının altına, çənə, burun nahiyələrinə tikişlər qoyublar.

“Bədəni və sifəti qan içindədir. Sifəti tamamən tanınmaz haldadır. Həkimlərin ilkin olaraq dediyinə görə İlqarın burun sümüyü, üz nahiyəsində almacıq sümükləri iki tərəfdən sınıb, alın sümüyündə, beyin sümüyündə, sinəsində körpücük sümüyündə çatlar var. Kürək nahiyəsi və ayaqlarında ciddi zədələr var. Gözü görmür”- xanım Nəsibova belə deyib.

***

Bu barədə Meydan TV-yə Məlahət Nəsibova məlumat verib. Onun sözlərinə görə, hadisə avqustun 21-də saat 21 radələrdinə baş verib:

“Vəziyyət çox dəhşətli dərəcədə pisdir. İlqarı ölümcül döyüblər, biz onu ofisimizdə al qanın içində tapdıq, üzü tamam tanınmaz hala gəlib, çoxlu qan itirib. Onu başından vurub, huşsuz vəziyyətə salıb, ofisə gətiriblər. İlqar indi heç nə xatırlamır, görünür ofisin açarlarını cibindən tapıblar. Bircə onu xatırlayır ki, üstünə xeyli adam hücum edib. Ofisdə də onu çoxlu döyüblər. O ayılandan sonra güclə də olsa bizə zəng edə bilib. Hələ də huşu özünə tam gəlməyib”.

Məlahət Nəsibovanın sözlərinə görə, jurnalisti polis çağırıb birgə təcili tibbi yardım xəstəxanasına çatdırıblar. Hüquq müdafiəçisinin sözlərinə görə, təxminən ay yarım öncə də İlqar Nəsibovun üstünə maşın sürürərək xəsarət yetiriblər:

“Mən Naxçıvan Milli Təhlükəsizlik Nazirliyindən şübhələnirəm. MTN əməkdaşları bizə dəfələrlə hədə-qorxu gəliblər. Bu, ancaq jurnalist, hüquq müdaifə fəaliyyətinə görədir. Biz neçə ildir Naxçıvanda işləyirik, bu qədər təhdid, hücum görməmişdik”.

Avqustun 6-da günorta saatlarında Nəsibovların mənzilinə də daxil olmağa cəhd  göstərilib. Naməlum şəxs onların Heydər Əliyev prospekti, ev 37, mənzil 91 ünvanındakı evinin qapısını qırmağa çalışıb. Kilid mexanizmini bayır tərəfdən ciddi zədələsələr də, qapını açmağa müvəffəq olmayıblar. Məlahət Nəsibova bu hadisədə də xüsusi xidmət orqanlarının əlinin olduğundan şübhələndiklərini deyir.

Məlahət Nəsibova Naxçıvanda Demokratiyaya Dəstək Resurs Mərkəzinin rəhbəri, həmçinin jurnalistdir. İlqar Nəsibov da bu mərkəzdə işləyir və bir sıra KİV-lərlə əməkdaşlıq edir.

Əvvəlki illərdə də Nəsibovlar yerli hakimiyyəti tənqid etdiklərinə və vətəndaş hüquqlarını müdafiə etdiklərinə görə müntəzəm olaraq təqiblərə məruz qalıblar.

Ana səhifəXəbərlərNaxçıvanlı jurnalist ölümcül döyülüb FOTO