Naxçıvanlı iş adamı sərhəddən buraxılmır

M.Qurbanov bildirib ki, onun ölkədən çıxışına qadağa üçün heç bir əsas yoxdur, şərti cəza müddəti isə bitib

Source:


M.Qurbanov bildirib ki, onun ölkədən çıxışına qadağa üçün heç bir əsas yoxdur, şərti cəza müddəti isə bitib

Naxçıvan Muxtar Respublikasında Sədərək nəzarət-buraxılış məntəqəsində gömrükçülər və sərhədçilər naxçıvanlı iş adamı Məhəmməd Qurbanovu Türkiyəyə buraxmırlar.

M.Qurbanov “Turan İA”-ın bölgə müxbirinə bildirib ki, sentyabrın  15-də sərhəddi piyada keçmək istəyib, lakin buraxmayıblar M.Qurbanov deyib ki, gömrükçülər və sərhədçilər onu təhqir edirlər, münaqişəyə sövq edirlər. M.Qurbanov həmçinin bildirib ki, onun ölkədən çıxışına qadağa üçün heç bir əsas yoxdur, şərti cəza müddəti isə bitib.

2012-ci ilin dekabrında M.Qurbanov öz qohumu Nadir Məmmədovla birlikdə “Sədərək” nəzarət-buraxılış məntəqəsində gömrükçülər tərəfindən döyülüb. Bundan əlavə, onları  hakimiyyət nümayəndələrinə qarşı güc tətbiq etməkdə ittiham edərək mühakimə ediblər.

Sonradan həbs cəzası şərti cəza ilə əvəzlənib.

NMR gömrüyü və Sərhəd Xidmətindən şərh almaq mümkün olmayıb.

Ana səhifəXəbərlərNaxçıvanlı iş adamı sərhəddən buraxılmır