Aprelin 9-da Müdafiə Nazirliyinin Naxçıvanda yerləşən “N” saylı hərbi hissəsinin giziri Samir Ələkbərov özünü asıb. Hərbi qulluqçunun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Gizir Samir Ələkbərov Ağstafa rayonundan həqiqi hərbi xidmətə çağırılıb.