Naxçıvanda dindarların saxlanıldığı bildirilir

Muxtar Respublikada Məhərrəmlik ayının keçirilməsinə imkan verilmədiyi deyilir

Source:

Naxçıvanda Məhərrəmlik ayı ilə əlaqədar İmam Hüseyn məclislərinin keçirilməsinə imkan verilmir.

Bu barədə Meydan TV-yə adının açıqlanmasını istəməyən ilahiyyatçılardan biri məlumat verib. Mənbənin sözlərinə görə, güc strukturları matəm məclislərinin qarşısını almaq üçün dindarların həbsinə başlayıb.

“İslaminSesi” saytının yazdığına görəsə əsasən Naxçıvan şəhərində, Təzəkənd, Nehrəm, Culfa kəndlərində keçirilən məclislərdə iştirak edən insanlar polis və DTX əməkdaşları tərəfindən saxlanılırlar. Həbs edilənlərdən 10 nəfərin adı məlum olub; Namiq, Elvin, Əkrəm, Elçin, Mahmud, Akif, Aqil, Toğrul, İsmayıl, Nuru.

Muxtar Respublikanın Daxili İşlər Nazirliyi məsələ ilə bağlı açıqlama vermir.

Ana səhifəXəbərlərNaxçıvanda dindarların saxlanıldığı bildirilir