Natiq Kərimov: “Bu tədbirlər nə üçün həyata keçirilir?”

““Azərişıq”ın hesablamalarından belə çıxır ki, hər həyətin 15 min manat borcu var”

Source:

““Azərişıq”ın hesablamalarından belə çıxır ki, hər həyətin 15 min manat borcu var”

Nardaran qəsəbəsinin əsas girəcəyinə DİN-in dəyənəklə silahlanmış xüsusi bölməsinin hərbçilərinin olduğu avtobus gətirilib. Bundan əlavə, girəcəklərdə post-patrul xidməti gücləndirilib. Bu barədə Turan-a Nardaran Ağsaqqallar Şurasının rəhbəri Natiq Kərimov bildirib.

“Mən başa düşmürəm ki, bu tədbirlər nə üçün həyata keçirilir. Nardaranda aksiya başa çatıb, İmam Hüseyn meydanında bir nəfər yoxdur”, – N.Kərimov sual edib.

O, kənd əhalisinin 42 mln. manat işıq pulu borcunun olması barədə “Azərişıq”ın məlumatını əsassız adlandırıb. Xatırladıb ki, 2007-ci ildə əhalinin elekrik enerjisinə görə borcu dövlət tərəfindən silinib: ““Azərişıq”ın hesablamalarından belə çıxır ki, hər həyətin 15 min manat borcu var.

“Bu qədər borc haradandır? Biz burada istehsalatla  məşğul olmuruq. Biz ancaq məişət cihazları işlədirik”, – N.Kərimov vurğulayıb.

O həmçinin bu gün telefon qovşağında olub. Ona telefona və İnternetə görə borcun olmadığı bildirilib. Bununla belə qəsəbədə telefon əlaqəsi kəsilib.

Ana səhifəXəbərlərNatiq Kərimov: “Bu tədbirlər nə üçün həyata keçirilir?”