Natiq Cəfərli: Hökumət öz ritorikasının əsirinə çevrilib

“Amma kimsə 3 və ya 6 aydan sonra stiuasiyanın necə ola biləcəyini də proqnozlaşdıra bilməz”

Source: Specify Source


"İqtisadi məsələni də siyasi sabitlik simvoluna çeviriblər"

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov son bir neçə gündə devalvasiya haqda deyilənlərə reaksiya verib.

Bu barədə dekabrın 24-də Milli Məclisdə danışan baş bankir devalvasiya haqda deyilənləri şaiyə adlandırıb: “Son günlər Azərbaycan manatının devalvasiyaya uğraması ilə bağlı şaiyələr yayılır. Amma bunun üçün heç bir əsas yoxdur”.

Elman Rüstəmov əhalini şaiyələrə inanmamağa çağırış edib: “Mən vətəndaşlarımızı bu cür şaiyələrə inanmamağa çağırıram”.

Ancaq ReAl Partiyasının Siyasi Komitəsinin üzvü, iqtisadçı Natiq Cəfərli Mərkəzi Bank kimi ciddi bir qurumun rəhbərinin bu tip bəyanat verməsini doğru saymır.

Bu barədə Meydan TV-yə danışan Natiq Cəfərli manatın məzənnəsinin bir çox kateqoriyalardan asılı olduğunu bildirib: “Elman Rüstəmov Konstitusiyaya görə müstəqil şəxs olmalıdır. O hardan bilər ki, 10-15 gün sonra dünyada hansı proseslər olacaq və manata necə təsir edəcək”.

Natiq Cəfərli
Natiq Cəfərli

Natiq Cəfərlinin sözlərinə görə, Elman Rüstəmovun açıqlaması manatın məzənnəsinin iqtisadi yox, siyasi olmasının etirafıdır:

“Çox təəssüf ki, hökumət məzənnə kimi iqtisadi məsələni də siyasi sabitlik simvoluna çevirdi və hazırda özləri də bu ritorikanın əsirinə çevriliblər. Uzun zaman manatın məzənnəsini sabitliyin təzahürü kimi təqdim ediblər. Nəticədə əhali iki dəfə devalvasiya ilə qarşılaşdı və acısını çəkdi. Əslində, Azərbaycanda 2 yox, 3 devalvasiya olub, 1.05, 1.55 və son bir neçə ildir 1.70-dir. Bunun acısını əhalinin çəkməyinə baxmayaraq hökumət eyni yolu davam etdirmək istəyir. Ətraf ölkələrdə məzənnə iqtisadi kateqoriyadır, iqtisadi kursa, idxal-ixraac əməliyyatlarına və birjalarda olan vəziyyətə görə məzənnə dəyişir. Beləliklə, Azərbaycanın ticarət tərəfaşı olan Gürcüstanda, Qazaxıstanda Rusiyada, Türkiyədə məzənnə dəyişir, idxal stimullaşır. Azərbaycanda isə manatı sabitlik simvoluna çevirib fəsadlarını yaşadırlar”.


Rövşən Ağayev: "Situsiyanı qabaqcadan kimsə proqnozlaşdıra bilməz"

İqtisadçı Rövşən Ağayev isə deyib ki, kimsə situsiyanı qabaqcadan proqnozlaşdıra bilməz:

"Mərkəzi Bankın rəhbəri hazırda Azərbaycanda devalvasiya üçün zəmin olmadığını deyib. 2015-ci ildəki çıxışından fərqli olaraq bu gün MB rəhbərinin haqlı olduğunu düşünürəm. Hazırda işgüzar fəallığın səviyyəsinə, valyuta tələbinin səviyyəsinə, potensial olaraq xarici valyutayaçevrilə biləcək likvid manat yığımlarının miqyasına, kapital qaçışı üçün imkanlara, tədiyə balansının hazıkı göstəricilərinə baxdıqda vəziyyəti daha yaxşı analiz etmək mümükündür. Amma kimsə 3 və ya 6 aydan sonra stiuasiyanın necə ola biləcəyini də proqnozlaşdıra bilməz. Qlobal iqtisadiyyatda, eləcə də geopolitik səhnədə son dərəcə qeyri-müəyyən şərait hökm sürür. Pandemiyanın davametmə müddəti bu qeyri-müəyyənliyi artıran əsas səbəblərdən biridir".

rovsen.jpg
Rövşən Ağayev

Azərbaycanda devalvasiya 2015-ci ilin 21 fevral tarixində baş verdi. Mərkəzi Bank manatın 1 dollara görə dəyərini 1.05 AZN təyin etdi.

Devalvasiya 33.8% oldu.21 dekabr 2015-ci ildə isə 2-ci devalvasiya oldu və 1 ABŞ dollarının rəsmi məzənnəsini 1,55 manat səviyyəsində qərarlaşdı.

Ana səhifəİqtisadiyyatNatiq Cəfərli: Hökumət öz ritorikasının əsirinə çevrilib