Narkoloji dispanserdə yanğına görə həbs edilən var

Hüquq mühafizə orqanları dispanserdə müalicə alan şəxsə ittiham irəli sürüblər

Source:
Ramil Usubov və Zakir Qaralov
Ramil Usubov və Zakir Qaralov


Hüquq mühafizə orqanları dispanserdə müalicə alan şəxsə ittiham irəli sürüblər

Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi Respublika Narkoloji Mərkəzində martın 2-də

25 nəfərin ölümü

ilə nəticələnən baş vermiş yanğın barədə

məlumat

yayıb.

Bildirilir ki, hadisənin səbəblərinin araşdırılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması ilə bağlı təxirəsalınmaz prosessual hərəkətlər və əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslər və Mərkəzin tibb personalı şahid qismində dindirilib, zəruri ekspertizalar təyin edilib.

Görülmüş tədbirlərlə Narkoloji Mərkəzdə “alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə müalicə alan Bakı şəhər sakini Məhəmməd Məmmədov 2018-ci il mart ayının 3-də həmin cinayətdə şübhəli şəxs qismində tutulub. İlkin dindirmə zamanı cinayəti törətdiyini etiraf edən Məhəmməd Məmmədov ailə üzvlərinin ona qərəzli münasibətinə etiraz əlaməti olaraq və Narkoloji Mərkəzdə müalicə almaq istəmədiyinə görə intihar etmək qərarına gəldiyini bildirib.

“Bu məqsədlə mart ayının 2-si saat 06 radələrində qaldığı palatada yorğana bürünərək onu alışqanla yandırdığını, alov gücləndikdə özünü öldürmək niyyətindən daşınıb yanan yorğanı çarpayısının üstünə atdığını, alovun digər palatalara keçməsindən qorxduğu üçün şöbənin qapısı açılan kimi Mərkəzi tərk etdiyini göstərib. Qeyd edilənlər şahid ifadələri, hadisənin baş vermə mexanizmi və Mərkəzdə olan müşahidə kameralarının görüntüləri ilə təsdiqlənib”.

Məhəmməd Məmmədov Cinayət Məcəlləsinin 120.2.4-cü (ümümi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla özgə əmlakını qəsdən məhv etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, eləcə də kompleks məhkəmə psixiatrik, psixiloji və narkoloji ekspertizalar təyin olunub.

Cinayət Məcəlləsinə əsasən, qeyd olunan maddələrin hər biri üzrə 14 ildən 20 ilədək azadlıqdan məhrum edilmə cəzası nəzərdə tutulur.

Səhiyyə Nazirliyinin balansında olan narkoloji dispanser 1986-cı ildə yaradılıb. Yanan bina Sovet vaxtı tikilib və istismar müddətini çoxdan başa vurub.

Tibb elmlər doktoru Adil Qeybulla

deyir

ki, indi xəstəxanaların bir çoxunun təmir edildiyi, maddi-texniki bazasının möhkəmləndirildiyi barədə açıqlamalar verilir:

“Neft ölkəsində bu cür korpusların, xəstəxanaların qalması onu göstərir ki, bu məsələlərə ciddi yanaşılmayıb. Bu da öz ağır nəticəsini göstərdi. Kütləvi insan olan yerdə, məsələn, xəstəxanada, məktəblərdə taxta konstruksiyalardan istifadə yolverilməzdir”.

Xəstələrin yaxınları deyir ki, burada xəstələrlə görüş otağı, dəhlizlər qəzalı və antisanitariya vəziyyətindədir. Xəstələr özləri də onları ziyarətə gələn ailə üzvlərinə tez-tez binadakı dözülməz şəraitsizlikdən gileylənirlərmiş. Bu üzdən də əksər hallarda ailələr xəstəxanaya müalicəyə görə gətirdikləri xəstəni buradan müalicə başa çatmamış

çıxarırlar

.

Ana səhifəXəbərlərNarkoloji dispanserdə yanğına görə həbs edilən var