Nardaranlıların enerji borcu silinib

”Əvvəllər elektrik enerjisindən istifadəyə görə, ödəniş edilmirdi. Bildirdim ki, yaranmış 43 milyon manat borcu silək, sonra belə hal olmasın”

Source:


”Əvvəllər elektrik enerjisindən istifadəyə görə, ödəniş edilmirdi. Bildirdim ki, yaranmış 43 milyon manat borcu silək, sonra belə hal olmasın”

Nardaran əhalisinə yazılan 42 milyon 267 min manat elektrik enerjisi borcu silinib.

Bu haqda xəbəri Nardaran qəsəbəsi sakinlərinə prezident İlham Əliyev deyib.

APA-nın xəbərinə görə, ölkə başçısı qəsəbə sakinləri ilə görüşündə deyib ki, elektrik enerjisinin ödənişində problemlər olub.

“Əvvəllər elektrik enerjisindən istifadəyə görə, ödəniş edilmirdi. Bildirdim ki, yaranmış 43 milyon manat borcu silək, sonra belə hal olmasın. Hazırda Nardaranda elektrik enerjisinin sərfiyyatı da düşüb, artıq elektrik enerjisindən qənaətlə istifadə edilir”, deyə ölkə başçısı bildirib.

Ötən il noyabrın 26-da Nardaranda güc orqanları xüsusi əməliyyat keçirdikdən sonra qəsəbənin elektrik enerjisi kəsilmişdi. Həmin vaxt bu Nardaran qəsəbəsinin elektrik enerjisinə görə, borclu olması ilə izah edildi. Rəsmi qurumlar bildirirdi ki, qəsəbə əhalisinin elektrik enerjisinə görə, 42 milyon 267 min manat borcları var.

Ancaq məsələ mediada müzakirə obyektinə çevrildi, araşdırıldı, müstəqil ekspertlər rəqəmin çox şişirdildiyini bildirdilər, eyni zamanda, qəsəbə sakinləri borcun həddən çox şişirdilməsində məqsəd onları cəzalandırmaq olduğunu deyirdilər.

Ana səhifəXəbərlərNardaranlıların enerji borcu silinib