Yanvarın 21-də Nardaran kəndində Fransanın “Charlie Hebdo” jurnalında Məhəmməd peyğəmbərin (ə.s)-ın karikaturalarının verilməsinə etiraz aksiyası keçirilib.
Aksiya iştirakçıları Məhəmməd peyğəmbəri sonuna qədər müdafiə edəcəklərini deyiblər. Aksiyaçılar Amerika, İsrail və Fransa əleyhinə şüarlar səsləndiriblər
Çıxış edən Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Təşkilatının (QAUİMT) sədri Hacı Rövşən Əhmədli təklif edib ki, aksiyanın qətnaməsi beynəlxalq qurumlara da göndərilsin. Həmçinin, dünya ölkələrinə təklif olunsun ki, bundan sonra islam inanclarını təhqir edən şəxlər cinayət məsuliyyətinə cəlb olunsun. O, həmçinin, deyib ki, islama qarşı belə hallar daha əvvəl də olub.
Nardaran kənd ağsaqqallarından biri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı hədəfə alıb.
Aksiyanın keçirildiyi “İmam Hüseyn” meydanında polis əməkdaşları görünməyib. Lakin iştirakçılardan bəziləri çıxışlarında mitinqdəki hüquq mühafizə orqanlarının əməkdaşlarına gəldikləri üçün təşəkkür ediblər.
İştirakçılar Fransa, İsrail, Ermənistan və ABŞ-ın bayraqları yandırıblar. Sonda Nardaran Ağsaqqallar Şurasının sədri Məşədi Natiq Kərimov mitinqin qətnaməsini oxuyub.