Nardaranın yollarına 17,4 milyon manat ayrıldı

Kəndin avtomobil yolları təmir ediləcək

Source:
İlham Əliyev
İlham Əliyev


Kəndin avtomobil yolları təmir ediləcək

Prezident İlham Əliyev Nardaran qəsəbəsinin daxili avtomobil yollarında yenidənqurma işlərinin davam etdirilməsi ilə bağlı sərəncam imzalayıb. Prezident.az saytında dərc olunan sərəncama əsasən, Nardaran qəsəbəsinin daxili avtomobil yollarında yenidənqurma işlərinin davam etdirilməsi məqsədi ilə 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 17,4 milyon (on yeddi milyon dörd yüz min) manat ayrılıb.

Maliyyə Nazirliyi və “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinə tapşırılıb ki, nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etsinlər.

Ana səhifəXəbərlərNardaranın yollarına 17,4 milyon manat ayrıldı