Nardaranda İmam Hüseyn meydanının girişindən başlayaraq kəndə sakinlər nəzarət edir. Girişdə bir neçə şəxs əllərində dəmir parçalar tutaraq içəri keçən şəxsləri diqqətlə süzürlər. Şübhəli gələn şəxsləri sorğu-sual edirlər. Meydana daşlar, dəmirlər düzülüb. Qalanan ocağın ətrafına əllərində dəmir parçalar tutan gənclər cəmləşib. Onlar hazır vəziyyətdə dayanıb, kəndə hücum olarsa, müqavimət göstərəcəklərini deyirlər.