Nardaran hadisəsinə görə Neftçalada saxlanılanlar var

Məlumata görə, MTN və DİN-nin birgə keçirdikləri əməliyyat tədbirləri zamanı saxlanılanlar Neftçala rayon sakinləri Nazim Mirzəyev və Mehdi Nağıyevdir

Source:

Məlumata görə, MTN və DİN-nin birgə keçirdikləri əməliyyat tədbirləri zamanı saxlanılanlar Neftçala rayon sakinləri Nazim Mirzəyev və Mehdi Nağıyevdir

Neftçala rayonunda xüsusi əməliyyat keçirilərək iki nəfər saxlanılıb.

Bu barədə musavat.com məlumat yayıb. Bildirilir ki, saxlanılanlar Nardaran hadisələri ilə bağlılıqda şübhəli bilinir.

Məlumata görə, MTN və DİN-nin birgə keçirdikləri əməliyyat tədbirləri zamanı saxlanılanlar Neftçala rayon sakinləri Nazim Mirzəyev və Mehdi Nağıyevdir.

Hər iki şəxsin evində axtarış aparılıb. Axtarış zamanı bir ədəd odlu silah aşkar edildiyi xəbər verilir. Saxlanılan rayon sakinləri Nardaranda bəzi şəxsləri silahla təmin etməkdə şübhəli bilinirlər.

Musavat.com Lənkəranda dindar Elman Ağazadənin də saxlanıldığını yazır.

Bildirilir ki, E.Ağazadə evindən polis əməkdaşları tərəfindən aparılıb.

E.Ağazadə Tale Bağırzadə və tərəfdarlarının saxlanıldığı gün Lənkəranda məsciddə olub. Polis onu da saxlamaq istəsə də, məsciddə olanlar buna imkan verməyib.

E.Ağazadənin Tale Bağırzadə və Hacı Zülfüqarla yaxın münasibətləri və əlaqələri olub. Onun saxlanılma səbəbi kimi də bu əlaqələr göstərilir.

Məlumata görə, E.Ağazadənin həbsinə etiraz edən bir qrup şəxs Lənkəran rayon Polis İdarəsinin qarşısına toplaşıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Azadlıq Radiosuna xəbəri nə təsdiq, nə də təkzib edib. Deyib ki, günorta saatlarında bu barədə açıqlama verəcək. Hələlik açıqlama verilməyib.

Noyabrın 26-da polisin Nardaranda keçirdiyi əməliyyatda 6 nəfər ölüb. Onlardan dördü mülki vətəndaş, ikisi polisdir. 14 nəfər saxlanılaraq barələrində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Ana səhifəXəbərlərNardaran hadisəsinə görə Neftçalada saxlanılanlar var