Son iki ildə Azərbaycanda muzdla çalışan işçilərin sayı praktik olaraq dəyişməyib
2017-ci il yanvarın 1-i üçün ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 mln 514 min nəfər olub. Bu, bir ay əvvəlkindən 400 nəfər azdır.
Bu barədə məlumatı “Turan” Dövlət Statistika Komitəsinə istinadən yayıb.
Məlumata görə, işçi qüvvəsinin ixtisarı özəl sektordan işçilərin getməsi ilə bağlıdır. Yanvarın 1-i üçün qeyri-dövlət sektorunda 624,1 min nəfər çalışıb. Bu, 2016-cı ilin dekabr ayının əvvəlindəkindən 800 nəfər azdır.
Ümumən, il ərzində məşğulluq 18,2 min nəfər və ya 1,2 faiz azalıb. Son iki ildə Azərbaycanda muzdla çalışan işçilərin sayı praktik olaraq dəyişməyib və 1,5 mln nəfərə yaxındır.