Müsavatın Tovuz rayon təşkilatı tam heyətlə istefa verdi

Əsəd Məmmədli: “Təxminən 70 faiz üzvümüzlə müsavat idiologiyasında qalmaqla, partiya sıralarını tərk etmək barədə qərar qəbul olundu”

Source:


Əsəd Məmmədli: “Təxminən 70 faiz üzvümüzlə müsavat idiologiyasında qalmaqla, partiya sıralarını tərk etmək barədə qərar qəbul olundu”

Müsavat Partiyasının 27 sentyabr qurultayından sonra fərdi istefalar tendensiyası artıq rayon təşkilatlarına keçib. Partiyanın Tovuz Rayon Təşkilatı bütün heyətlə istefa verməsi haqqında bəyanat yaylb.

Təşkilatın istefa bəyanatında deyilir:

Sayğı dəyər müsavatçılar, bəylər, xanımlar. Şüurlu önrümüzü, tükənməz enerjimizi candan əziz Azrbaycanımız, möhtərəm milltimizə sərf etmək üçün Müsavat Partiyasını seçdik. Ölkədə demokratiya, insan haqlarının bərpa olunmasında xidmətlər göstərdik, sədaqətimizi əsirgəmədik.

Tovuz rayon təşkilatı ölkə çapında ən fədakar təşkilatlardan oldu, səmimi xidmətlər göstərdi. Baxmayaraq ki, təşkilatımızın mərkəzi aparatından zaman-zaman etinasızlıqlar gördük.

Dəyrli əqidədaşlar, müsavatçılıq her biriniz kimi, bizlərin də ideyası, idealıdır. Qürurverici bir hissdir müsavatçılıq. Fəqət, nə qədər acı, iztirablı olsa da, son zamanlar təşkilat daxilində istər qurultay ərəfəsi, istərsə də qurultaysonrası baş verən hadisələr təşkilat rəhbərliyinin demokratik prinsipləri tapdalaması həmin kəsimlə eyni çatı altında mübarizə aparmaq imkanlarını sıfıra saldı.

Sevgili əqidədaşlarımız, hər birinizdən üzr istəyərək, eyni zamanda üzülərək bəyan edirik: Müsavat Partiyası Tovuz rayon təşkilatı olaraq tam tərkibdə partiya üzvlüyündən istefa veririk. Bizi bağışlayın, dostlar” .

Rayon təşkilatının sədr müavini Əsəd Məmmədli də bəyanatı təsdiqləyib.

O, bu qərara qurultaydan sonra gəldiklərini bildirib: “Biz qurultaydan sonra toplanıb təşkilatda bundan sonrakı fəaliyyətimizi müzakirə etdik və təxminən 70 faiz üzvümüzlə müsavat idiologiyasında qalmaqla, partiya sıralarını tərk etmək barədə qərar qəbul olundu. Bu bəyanat da əksəriyyətin mövqeyidir, fərdlərin yox”.

Ana səhifəXəbərlərMüsavatın Tovuz rayon təşkilatı tam heyətlə istefa verdi