Müsavatçılar polisə çağrılıb

Müsavat Partiyası başqanı Arif Hacılı və partiyanın Mingəçevir şəhər təşkilatının sədri Nürəddin Rüstəmli polisə çağırılıb

Source:


Müsavat Partiyası başqanı Arif Hacılı və partiyanın Mingəçevir şəhər təşkilatının sədri Nürəddin Rüstəmli polisə çağırılıb

Arif Hacılı sentyabrın 8-də saat 11:00-da Bakı Baş Polis İdarəsinə, N.Rüstəmlidənsə bu gün Mingəçevir şəhər Polis İdarəsində olması istənilib.

Bu haqda Meydan TV-yə partiyanın icra aparatının rəhbəri Gülağa Aslanlı xəbər verib. Bildirib ki, çağırış partiyanın sentyabrın 18-nə təyin etdiyi mitinqlə bağlıdır.

Müsavat Partiyası sentyabrın 26-da referenduma çıxarılacaq konstitusiyaya dəyişikliklərin əleyhinədir. Partiya referenduma qədər dəyişiklik təkliflərinin əleyhinə təbliğat aparmaq niyyətindədir. Ancaq Mərkəzi Seçki Komissiyası partiyanın təsis etdiyi “Respublika” təşəbbüs qrupunu qeydə almayıb. Beləliklə, partiya ödənişsiz efir imkanından məhrum olub.

Bundan başqa, Müsavat Partiyası referendumun əleyhinə olan Milli Şuranın sentyabrın 11-nə təyin olunmuş mitinqinə də dəstək verəcəyini açıqlayıb.

Ana səhifəXəbərlərMüsavatçılar polisə çağrılıb