”Elman Quliyev saxlanılarkən əlində mitinqlə bağlı şüar və məhbusların şəkli olub”
Binəqədi Rayon Məhkəməsi yanvarın 19-da Müsavat Partiyası Gənclər Təşkilatının fəalı Elman Quliyevə 15 sutka həbs cazası verib.
Məlumatı Meydan TV-yə Müsavat Partiyasının başqan müavini Fərəc Kərimli verib.
Fərəc Kərimli deyir ki, Elman Quliyev dünən partiya qərargahının yaxınlığında 10-a yaxın polis tərəfindən saxlanılıb. Onun əlində yanvarın 19-da keçirilən
mitinq
lə bağlı şüarlar və məhbusların şəkli olub.
Ancaq Fərəc Kərimli Elman Quliyevin hansı maddə ilə ittiham olunduğunu bilmir:
“Order olmadığından vəkil onunla bazar ertəsi, yanvarın 21-də görüşəcək”.