Müsavat seçkiyə getməyəcək (VİDEO)

Müsavat Partiyasının Divanı seçkiyə getməmək qərarını alıb. Səbəblərini partiyanın başqanı Arif Hacılı açıqlayıb: “Azərbaycanda fəaliyyət göstərən, hakimiyyətin tam nəzarəti altında olan seçki komissiyaları bir çox pozuntulara yol veriblər. Müsavat Partiyası öz strukturları vasitəsilə bu məsələləri aydınlaşdıraraq, ortaya çıxmasında iştirak edib. Bu dövr ərzində hakimiyyət bütün dövrlərində olduğundan artıq saxtakarlıqlara yol verdi. Belə ki, ilk dəfə olaraq seçkilərdə iştirak edən namizədlərə, onların imza toplayan nümayəndələrinə, eyni zamanda müxalifət namizədlərinin xeyrinə imza vermiş seçicilərə də təzyiqlər həyata keçirildi. Müsavat Partiyasının, NİDA Hərəkatının, REAL Vətəndaş Hərəkatının namizədlərinə qarşı bu tipli təzyiqlər həyata keçirildi. Hakimiyyətin seçkilərə gətirdiyi “yenilik”lərdən biri də namizədlərə pulsuz efir vaxtının ayrılmamasıdır. Azərbaycanın müstəqillik tarixində ilk dəfədir ki, Azərbaycan hakimiyyəti faktiki olaraq müxalifət nümayəndələrinin televiziyada çıxışına imkan vermədi, diskussiyalar tamamilə aradan qaldırıldı. Əgər izləyirsizsə, nəinki müxalifətdən olan, hətta hakimiyyətdən olan namizədlərin normal seçki kampaniyası aparılmır. Bu gün Müsavat Partiyası Divanının açıq iclası keçirildi və orada Müsavat Partiyasından namizədliyi qeydə alınmış şəxslərin bir qismi də iştirak etdi. Müzakirələr nəticəsində Müsavat Partiyası 1 noyabr parlament seçkilərində iştirakını dayandırmaq barədə qərar qəbul etdi”.

Ana səhifəVideoMüsavat seçkiyə getməyəcək (VİDEO)