Müsavat Partiyası yürüş keçirəcək

Aksiyada ölkədə ağırlaşan iqtisadi duruma etiraz ediləcək, siyasi və vicdan məhbuslarının azadlığı tələb olunacaq

Source:

Aksiyada ölkədə ağırlaşan iqtisadi duruma etiraz ediləcək, siyasi və vicdan məhbuslarının azadlığı tələb olunacaq

Müsavat Partiyası aprelin 19-da yürüş keçirmək barədə qərar qəbul edib.

Müsavat Partiyası başqanının müavini Elman Fəttah Turan-a bildirib ki, yürüş aprelin 19-da, saat 16:00-da metronun 20 Yanvar stansiyasının qarşısından başlayaraq Həsən bəy Zərdabi küçəsi ilə davam edəcək və Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş “Məhsul” stadionu) qətnamənin oxunuşu ilə başa çatacaq.

Aksiyada ölkədə ağırlaşan iqtisadi duruma etiraz ediləcək, siyasi və vicdan məhbuslarının azadlığı tələb olunacaq.

Müsavat Partiyası yürüşün keçirilməsi ilə bağlı bu günlərdə Bakı şəhər İcra Hakimiyyətinə müraciət edəcək.

Ana səhifəXəbərlərMüsavat Partiyası yürüş keçirəcək